
Xiaomi şirkəti ucuz smartfonlarda reklam bannerlərinin sayını artırıb
Elm & Texnologiya
20.09.2018
Emil
Son zamanlar Xiaomi smartfonlarının istifadəçiləri öz
cihazlarında çoxlu sayda reklam bannerlərinin ortaya çıxmasından şikayətlənirlər.
MIUI interfeysinin son yenilənmələrində reklam bannerlərinin sayı həqiqətən də
artıb. İstifadəçilər isə bu özəllikdən heç də məmnun deyillər. İstifadəçilərin sözlərinə görə həmin reklam bannerləri smartfonların orijinal tətbiqlərindən əlavə
ayarlar hissəsində də ortaya çıxır. Üstəlik həmin reklam bannerlərini deaktiv
etmək mümkün deyil. Xiaomi şirkəti isə təsdiqləyib ki, reklam bannerlərinin
sayı artırılıb.

Lakin şirkət bunu dəyişən deyil. Belə ki, Xiaomi şirkəti öz
smartfon modellərinə ucuz qiymətlər təyin etməklə məşhurdur. Bir neçə müddət
budan öncə isə şirkət bildirmişdi ki, o öz satılan məhsullarının qiymətlərindən
5%-dən çox gəlir əldə etməyəcək. İstər-istəməz şirkət gəlir əldə etməlidir.
Buna görə də Xiaomi şirkəti MIUI interfeysinə reklam bannerlərini yerləşdirir. Qeyd etmək
lazımdır ki, söhbət yalnız MIUI interfeysli smartfonlardan gedir. Android One
ilə çalışan smartfonlara bu şamil olunmur. Lakin bununla belə şirkət bu cür
reklam bannerlərinin deaktiv edilməsi mümkünlüyünü də söz verib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
