Xiaomi şirkəti WearOS əməliyyat sistemi ilə çalışacaq smart saat hazırlayır

Xiaomi şirkəti WearOS əməliyyat sistemi ilə çalışacaq smart saat hazırlayır

Texnologiya
25.09.2019 PAYLAŞIM

    Xiaomi dünyada təkcə öz smartfonları ilə deyil həm də smart saat modelləri ilə məşhurdur. O bu saatları Huami şirkətilə əməkdaşlıq çərçvəsində satışa çıxardır. Lakin görünür, şirkət smart saat istehsalını da öz üzərinə götürmək qərarını verib. Bu barədə 9to5Google saytı xəbər verib. Belə ki, tərtibatçılar Wear OS 2.28 əməliyyat sisteminin kodunda Xiaomi Mi Watch adını aşkar ediblər. Yeni smart saat modeli çox güman ki, Mi Wear tətbiqli WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Tərtibatçılar sözügedən smart saatın texniki göstəriciləri barəsində heç bir məlumat tapa bilməyiblər. Sadəcə olaraq güman etmək olar ki, smart saat dairəvi OLED ekran, Snapdragon Wear 3100 prosessoru və 1 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı şirkətin yeni smart saat modeli Always on Display funksiyasını və kontaksız ödəmələr üçün nəzərdə tutulmuş NFC modulu da əldə edə bilər. Şirkətin Mi Watch-u nə zaman təqdim edəcəyi bilinmir. Çox güman ki, smart saat hələ hazırlanma mərhələsindədir və yaxın zamanda onun təqdimatını gözləmək lazım deyil. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×