main-post-cover

    Xiaomi şirkəti yeni çərçivəsiz smartfon modelinin patentini əldə etdi

    Elm & Texnologiya
    06.04.2020
    Farid Pardashunas
        Keçən il Mi Mix Alpha smartfonunu təqdim etməklə Xiaomi şirkəti sübut etdi ki, o, unikal və innovasiyalı məhsullar hazırlamağı bacarır. Lakin əldə edilmiş nailiyyət ilə yetinməyərək şirkət mütəmadi olaraq yeni smartfon ideyalarını ərsəyə gətirir. Şirkət tərəfindən əldə edilmiş çoxlu sayda patent buna sübutdur. Xiaomi-nin əldə etdiyi son patentdə yeni çərçivəsiz smartfon modelinin dizaynı və interfeysi əks olunub. Bu barədə Gizchina saytı xəbər verib.
        Şirkətin yeni patentində olan fotolardakı smartfonun ekranı ön paneli tamamilə əhatə etmək ilə yanaşı həmçinin sol və sağ hissələrdən 90 dərəcə qatlanmaq özəlliyinə də sahibdir. Bununla yanaşı patentdəki məlumatda qeyd edilib ki, bu smartfonun ön kamerası ekranın alt hissəsinə yerləşdirilib və aktiv olmadığı vaxtda onu görmək mümkün deyil. Xiaomi əsas diqqəti bu cür ekrana sahib smartfonun istifadəçi interfeysinə ayırıb.
        İşə salınmış tətbiqdən və ya menyudan asılı olaraq smartfonun kənar hissələrində saat, enerji səviyyəsi, buraxılmış bildirişlərin sayı, naviqasiya düymələri və s. məlumatlar əks oluna bilərlər. Məsələn musiqi dinləyən zaman smartfonun kənarında musiqini dayandırmaq və ya növbəti musiqiyə keçid düymələri yerləşə bilər. Xiaomi şirkətinin bu cür dizaynı öz gələcək smartfon modellərində istifadə edib-etməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər