
Xiaomi şirkətinin bilinməyən yeni smartfonunun fotoları sızdırılıb
Elm & Texnologiya
23.05.2018
Emil
Xiaomi şirkəti Mi 8 flaqman
modelinin təqdimatına hazırlaşır. Lakin internetdə şirkətin hələki bilinməyən
yeni smartfon modelinin fotoları yayılıb. Sızdırılmış məlumata əsasən fotolarda
əks olunmuş cihaz Redmi 6-dır. Lakin buna inanmaq çətindir. Belə ki, bu
seriyanın əvvəlki modeli 5 ay bundan öncə satışa çıxmışdır.

Fotolardan belə qənaətə
gəlmək olar ki, yeni smartfonun korpusu metaldan hazırlanıb. Smartfonun ön
panelində isə çıxıntı hissəyə sahib ekran yerləşir. Çox güman ki, həmin çıxıntı
hissəsində ön kamera, danışıq üçün səsgücləndirici və ötürücü var. Smartfonun arxa panelində şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera, işıqlandırma
sistemi və barmaq izi skanı texnologiyası yerləşdirilib.

Dizayndan əlavə olaraq
görmək olar ki, modeli bilinməyən smartfon AOSP (açıq mənbə koduna sahib pulsuz
Android versiyası) əməliyyat sistemində çalışır. Bu isə o deməkdir ki, şirkət hələki
əməliyyat sistemini sözügedən smartfon modelində test edir. Sızdırılmış məlumatlara
əsasən bu smartfon 5.99 inç HD+ ekran, Snapdragon 625 prosessoru və 3 GB RAM ilə
təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu göstəricilər bir neçə müddət bundan
öncə Geekbench testində ortaya çıxmış Xiaomi E6 modelinin göstəriciləri ilə
üst-üstə düşür. Yeni Xiaomi modelini artıq yaxın müddətdə təqdim etməlidirlər.
Onun təqribi qiyməti isə 150-180$ təşkil edəcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
