
Xiaomi şirkətinin CEO'su: 'Redmi 7 smartfonu 120$'dan baha satılmayacaq'
Elm & Texnologiya
11.03.2019
Emil
Xiaomi şirkətinin artıq müstəqil brendi kimi fəaliyyət göstərən Redmi özünün büdcəli Redmi 7 smartfon modelinin təqdimatına hazırlaşır. Məlumata əsasən bu smartfon Redmi seriyasının ən ucuz smartfon modeli olacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun isə Redmi 7 haqqında bəzi məlumatlar verib. Bu barədə Mydrivers saytı xəbər verib.
Beləliklə onun sözlərinə görə Redmi 7 smartfnu infraqırmızı giriş hissəsi, 3.5 mm-lik audiogiriş hissəsi və geniş gəcmli batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sertifikatlaşdırma təşkilatı olan TENAA-nın məlumatlar bazasına əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Bundan əlavə olaraq Lei Jun smartfonun qiyməti barəsində məlumat da verdi. Onun sözlərinə əsasən Redmi 7 modeli 105-120$ qiymətində satışa çıxacaq. Əvvəlki modellərin uğurlu olmasını və Redmi 7-nin qiymətini nəzərə alsaq, güman etmək olar ki, sözügedən smartfona yüksək tələbat olacaq. Xiaomi şirkəti isə söz verib ki, o, böyük sayda Redmi 7 smartfonu istehsal edib və buna görə də smartfon sayının çatışmazlığı problemi yaşanmamalıdır. Çox güman ki, smartfon 18 mart tarixində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
