
Xiaomi şirkətinin ilk IPO mərhələsi gözlənildiyi kimi heç də uğurlu olmadı
Elm & Texnologiya
09.07.2018
Emil
Bugün Xiaomi şirkəti HonKonq fond
birjasında IPO-ya çıxdı. Hərracların ilk günündə şirkətin dəyərli kağızlarının
qiyməti ilk öncə qeyd olunandan 2% aşağı olub. İlk öncə şirkətin bir səhmi
2.17$ qiymətində olub. Lakin hərracların sonuna yaxın şirkətin bir səhmini 2.12$
qiymətində almaq mümkün olub. Nəticədə Xiaomi şirkəti ilk IPO mərhələsində 3.05
milyard dollar investisiya cəlb etməyi planlaşdırırdı. IPO-ya çıxan zaman isə
şirkətin bazar qiyməti 54 milyard dollar dəyərində qiymətləndirilib.
Bu isə
şirkətin gözləntilərindən çox aşağıdır. Belə ki, şirkət rəhbərliyi minimum 80
milyard dollar bazar dəyərinə ümid edirdi. Birja karyerasının uğurlu olmayan
başlanğıcı isə ilk növbədə investorların əhvalına təsir edir. Baxmayaraq ki,
Xiaomi özünü internet şirkət kimi təqdim edir, bir çoxları onu hələ də büdcəli
texniki məhsullar isehsal edən şirkət kimi görürlər. Bu bazar isə yüksək gəlir
göstəriciləri ilə fərqlənmir. Qeyd etmək lazımdır ki, ilkin IPO mərhələsində
şirkətin 7 milyard səhmi iştirak edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
