Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır

Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır

Texnologiya
22.06.2021 PAYLAŞIM

    Xiaomi mühəndisləri cihazlar üçün enerji mənbəyi kimi səs dalğalarından istifadə texnologiyası üzərində çalışırlar. Şirkət artıq sözügedən texnologiyanın patentini əldə edib. Beləliklə patent sənədində mobil cihazların səs dalğaları vasitəsilə şarj olunmaları prinsipi barəsində məlumat əks olunub. Xiaomi-nin planına əsasən bunun üçün nəzərdə tutulmuş şarj stansiyası özündə akustik titrəyişlərin generatorunu birləşdirəcək. İstifadəçinin cihazı isə öz növbəsində müvafiq tezliyi əldə edəcək qəbuledici ilə təchiz olunacaq. Nəticədə həmin qəbuledici bu cür səs dalğalarını əldə edərək onları elektrik cərəyanına çevirəcək.


    Bununla belə şarj stansiyası enerjini həmçinin enerji girişindən və günəş panelləri kimi alternativ enerji mənbələrindən də əldə edə biləcək. Təqdim olunmuş bu yeni texnologiya hələ ki, kağız üzərində mövcuddur. Bu cür texnologiyanın satışa çıxarılması barsində danışmaq hələ çox tezdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Xiaomi naqilsiz şarj texnologiyasının digər alternativi olan Mi Air Charge texnologiyasını təqdim etmişdi. Sözügedən şarj stansiyası uzaq məsafədə yerləşən cihazı hava üzərindən şarj etməyə imkan verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×