Logo
    main-post-cover

    Xiaomi SU7 elektromobili Çinin avtomobil yollarında görülüb (VİDEO)

    Elm & Texnologiya
    21.11.2023
    Emil
         Xiaomi şirkəti özünün ilk elektromobilini hələ təqdim etməsə də, o artıq Çinin avtomobil yollarında görünməyə başlayıb. Xiaomi-nin SU7 adlı elektromobilinin avtomobil yollarındakı hərəkəti zamanı videosu və üstəlik salonunun bir sıra fotoları çəkilib. Təqdim edilmiş videodan da görmək olar ki, elektromobil yüksək hərəkət dinamikasına və sürətlənmə gücünə sahibdir. Məlumata əsasən yalnız arxa çəkən təkərlərə sahib modelin sürəti saatda 210 km, tam çəkən təkərlərə sahib modelin sürəti isə saatda 265 km təşkil edəcək.
         Təqdim edilmiş fotolardan isə elektromobilin salonunun bəzi elementlərini görmək olar. Onun sükanı üzərində çoxlu sayda düymə, öndəki məlumat paneli isə tamamilə rəqəmsal olacaq. Salonun ön hissəsinin mərkəzində böyük ölçülü ekran yerləşəcək və o, elektromobilin bütün funksionallığından cavabdeh olacaq. Son məlumat sızıntılarına əsasən Xiaomi SU7-nin kütləvi istehsalına artıq gələn ay start verilməlidir. Onun satışlarına isə gələn ilin fevral ayında start veriləcəyi güman edilir.
    Paylaş