Logo
    main-post-cover

    Xiaomi SU7-nin flaqman versiyasının real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    23.11.2023
    Emil
         Xiaomi hal hazırda öz ilk elektromobilinin kütləvi istehsalına hazırlaşır. Gözləntilərə əsasən istehsala gələn ay start veriləcək. Elektromobilin özü isə artıq fevral ayında satışa çıxmalıdır. Qeyd etmək lazımdır ki, şirkətin ilk elektromobili SU7 adını əldə edəcək və onun bir neçə versiyası olacaq. İndi isə Xiaomi SU7-nin yeni real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar çox güman ki, elektromobilin Çindəki avtomobil yollarında testləri zamanı çəkilib.
         Fotolarda Xiaomi SU7-nin flaqman modellərindən biri əks olunub. Buna elektromobilin ön şüşəsinin yuxarı hissəsindəki LiDAR skaneri və arxa hissədəki spoyler işarə edirlər. Məlumata əsasən elektromobil iki versiyada təqdim olunacaq. Onlardan biri arxa çəkim təkərlərinə, digəri isə tam çəkim təkərlərinə sahib olacaq. Arxa çəkim təkərlərə sahib modelin 300 at gücündə, tam çəkim təkərlərə sahib modelin isə 673 at gücünə sahib olacağı güman edilir. Bəzi məlumatlara əsasən Xiaomi öz ilk elektromobilini artıq gələn ay təqdim edə bilər.
    Paylaş