Logo
    main-post-cover

    Xiaomi Watch S3 smart saatı barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    24.10.2023
    Emil
         Xiaomi şirkəti 26 oktyabr tarixində növbəti təqdimat tədbirini keçirəcək. Sözügedən tədbirdə şirkət Xiaomi 14 smartfon seriyasını, Watch S3 smart saatını və HyperOS adlı yeni istifadəçi interfeysini təqdim edəcək. İndi isə sözügedən smart saat barəsində məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Watch S3 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.43 düym AMOLED ekranla təchiz olunacaq və onun maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edəcək. Smart saatın əsas fərqləndirici özəlliklərindən biri də onun dəyişdirilə bilən yuxarı hissəyə sahib olacağıdır. Smart saat qandakı oksigen miqdarını təyin edə və ürək döyüntüləri tezliklərini ölçə biləcək. Məlumatda qeyd edilib ki, Watch S3 HyperOS vasitəsilə çalışacaq.
    Paylaş