main-post-cover

    Xiaomi Watch S3 smart saatı təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    26.10.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyası ilə yanaşı həmçinin Watch S3 adlı yeni smart saatını da təqdim edib. Xiaomi Watch S2 ilə müqayisədə yeni smart saat daha üst səviyyəli texniki imkanları əldə edib. Xiaomi-nin ideyasına əsasən istifadəçilər smart saatlarda təkcə siferblat dizaynının dəyişdirilməsi ilə məhdudlaşmamalıdırlar. Buna görə də Xiaomi Watch S3-də istifadəçilər həmçinin ekranı əhatə edən bezeli də dəyişə biləcəklər. Smart saat 60 Hz-lik təsvir yenilənməsinə sahib 326x326 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.
         Smart saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bununla yanaşı Xiaomi Watch S3 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və eSIM dəstəyini birləşdirir. eSIM dəstəyi sayəsində smart saat smartfondan müstəqil şəkildə çalışa bilir. Bu yeni smart saat qandakı oksigen miqdarını və ürək döyüntüləri tezliklərini ölçə, o cümlədən yuxu keyfiyyətini monitorinq edə bilir. Xiaomi-nin sözlərinə əsasən adi rejim çərçivəsində smart saat 15 gün ərzində, intensiv rejimdə isə 5 gün ərzində çalışa bilir. Xiaomi Watch S3-ün adi versiyası 110$-a, eSIM dəstəkli versiyası isə 135$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 və Xiaomi 14 Pro təqdim olundu - QİYMƏTİ
    xiaomi-14-ve-xiaomi-14-pro-teqdim-olundu-qiymeti
    Təqdimata saatlar qalmış Xiaomi 14 smartfonlarının satış qiymətləri ortaya çıxıb
    teqdimata-saatlar-qalmis-xiaomi-14-smartfonlarinin-satis-qiymetleri-ortaya-cixib
    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb
    budceli-redmi-13c-smartfonunun-real-fotolari-ve-bezi-melumatlari-ortaya-cixib
    Dəstəkləri dayandırılmış Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə edəcəklər
    destekleri-dayandirilmis-xiaomi-mi-10-smartfonlari-hyperos-i-elde-edecekler
    Xiaomi 14 ekran ətraf çərçivələrinin qalınlıqları mövzusunda iPhone 15 Pro-nu geridə qoyacaq
    xiaomi-14-ekran-etraf-cercivelerinin-qalinliqlari-movzusunda-iphone-15-pro-nu-geride-qoyacaq