Xiaomi yaxın günlərdə fərdi elektromobilini anons edə bilər

Xiaomi yaxın günlərdə fərdi elektromobilini anons edə bilər

Texnologiya
26.03.2021 PAYLAŞIM

    Reuters saytının verdiyi məlumata əsasən Xiaomi şirkəti yaxın zamanda öz elektromobilini anons edəcək. Məlumatda qeyd edilib ki, elektromobilin istehsalı məsələsində Xiaomi Çinin Great Wall Motors adlı avtomobil istehsalçısı ilə əməkdaşlıq edəcək. Qeyd etmək lazımdır ki, daha öncə Great Wall Motors digər şirkətlər üçün avtomobil istehsalı ilə məşğul olmayıb. Lakin buna baxmayaraq o, Xiaomi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. İnsayderlərin verdikləri məlumata əsasən hər iki şirkət arasındakı əməkdaşlıq müqaviləsinin bağlanması gələn həftənin əvvəlində elan ediləcək.

    Great Wall şirkətinin Xiaomi-yə təkcə avtomobil istehsalında deyil həmçinin avtomobilin yaradılmasında da kömək edəcəyi gözlənilir. Gözləntilərə əsasən avtomobilin istehsalına 2023-cü ildən tez start verilməyəcək. Bu məlumatın ortaya çıxmasının fonunda hər iki şirkətin səhmlərinin qiymətləri 8% yüksəlib. Şirkətlər bu məsələ ilə bağlı rəsmi fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin avtomobil biznesinə daxil olmaq planları barəsində məlumatlar çoxdandır ki, internetdə ortaya çıxır. Hələ bir neçə müddət bundan öncə Xiaomi rəsmi şəkildə bildirmişdi ki, o hal hazırda avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırmır. Lakin gələcəkdə bu cür ehtimalın olacağını da istisna etmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×