main-post-cover

    Xiaomi yeni patent aldı: 7 kameralı telefon

    Elm & Texnologiya
    15.01.2020
    Nijat Hamid
            Xiaomi 2020 girən kimi yeni texnologiyalar üzərində işlərə başladı. Belə ki, şirkət artıq 3 yeni telefon patenti alıb. Bu patentlərdəki telefonlar popap (pop up) kamerala malik olacaqlar. Yeni patentlərə baxdıqda görünür ki, Xiaomi kameraların sayını artırmaq istəyir.

    Xiaomi-nin patentini aldığı yeni 3 telefonda 4, 5 və 7 kamera olacaq.

            Nəzərə alsaq ki, ekranın altına inteqrasiya edilmiş kameraların təkmilləşdiyi bu zamanda Xiaomi niyə belə addım atıb bilmək olmur. Hətta patentlərə diqqət etsək, görəcəyik ki, bir modelin tam 7 kamerası var. Bütün modellərin ön hissəsində 2 kamera olduğu halda arxa tərəfdə isə 2, 3 5 kamera var. Bu cihazların satışa nə vaxt çıxacağı hələki bilinmir. 
    Linki kopyala