
Xpeng gələn il üçün robotların və uçan avtomobillərin kütləvi istehsalını planlaşdırır
Elm & Texnologiya
12.03.2025
Emil
Çinin XPeng şirkəti 2026-cı ilə qədər kütləvi istehsala uçan avtomobillər və humanoid (insanabənzər) robotlar buraxacağını elan edib. Əgər bu planlar uğurla həyata keçirilsə, XPeng dünyada uçan avtomobillərin seriyalı istehsalını həyata keçirən ilk şirkət olacaq. Hazırda şirkət Quançjou şəhərindəki zavodunda Iron adlı humanoid robotunu aktiv şəkildə sınaqdan keçirir. Bu robot artıq növbəti nəsil elektromobillərin yığılmasına kömək edir və tezliklə məhdud sayda bazara çıxarılacaq. Iron robotunun boyu təxminən 173 sm, çəkisi isə 70 kq-dır. O, 60-dan çox hərəkətli oynağa və 200 dərəcə azadlığa malikdir, bu da ona mürəkkəb hərəkətlər yerinə yetirməyə və kiçik detallarla dəqiq işləməyə imkan verir. Iron XPeng tərəfindən xüsusi olaraq hazırlanmış Turing AI prosessoru əsasında çalışır. Bu 40 nüvəli prosessor süni zəka modellərinin 30 milyard parametrlik məlumatlarını emal edə bilir.

Prossesor cəmi 40 gün ərzində 2700 funksional testi müvəffəqiyyətlə tamamlayıb ki, bu da sənaye standartından 3 dəfə sürətlidir. XPeng Iron robotunu təkcə istehsalatda deyil, həm də şəxsi köməkçi kimi istifadə etməyi planlaşdırır. Bu robotlar ofislərdə, mağazalarda və yaşayış yerlərində işləyərək inzibati tapşırıqları yerinə yetirə və müştərilərə məsləhət verə biləcəklər. 2026-cı ilə qədər Level 3 səviyyəli robotlar əksər tapşırıqları tam müstəqil şəkildə yerinə yetirə biləcək, baxmayaraq ki, mürəkkəb proseslər hələ də insan nəzarətini tələb edəcək. XPeng robotlarla yanaşı AEROHT adlı uçan avtomobillər də hazırlayır. Bu nəqliyyat vasitəsi iki əsas moduldan - yerüstü və hava modullarından ibarətdir. Modullar müstəqil şəkildə ayrılıb birləşə bilirlər.
Yerüstü modul hava hissəsini uçuş yerinə çatdırır. Şaquli qalxışdan sonra hava modulu avtomobilə qayıda və onunla yenidən birləşə bilər. Hava modulu şaquli qalxış və enişə (eVTOL) malik elektrik aparatıdır. Bu modul iki hava kanalı və karbon gövdəsində yerləşdirilmiş altı qatlanan pər ilə təchiz olunub. Kokpit 270 dərəcə dairəvi baxış, avtomatik marşrut planlaması və dəqiq eniş texnologiyaları ilə təmin edilib. İdarəetmə sadə bir joystick vasitəsilə həyata keçirilir. Yerüstü modul 800 voltluq platformada işləyən altı təkərli elektrik avtomobilidir. Bu avtomobil bir dəfə tam şarj olunmaqla 1000 kilometrdən çox məsafə qət edə bilir və mobil enerji doldurma stansiyası kimi də istifadə edilə bilər. Bundan əlavə, avtomobil tam enerji ilə 6 uçuşu dəstəkləyir və 4 nəfər üçün geniş salonla təchiz olunub.
Mənbə: Interesting Engineering
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.

Elm & Texnologiya
Elektromobillər üçün yeni nəsil sürətli şarj stansiyası təqdim edilib
Çinin avtomobil istehsalçısı XPeng Motors şirkəti elektromobillər üçün nəzərdə tutulmuş yeni nəsil sürətli şarj stansiyasını təqdim edib.

Elm & Texnologiya
VR oyunlarını oynamaq üçün təkərli ayaqqabılar hazırlanıb! (VİDEO)
Freeaim adlı şirkət, VR oyunlarında təcrübəni təkmilləşdirmək üçün elektrikli təkərləri olan ağıllı ayaqqabılar hazırlayıb. Gəlin birlikdə ayaqqabıların nə təklif etdiyinə baxaq.

Elm & Texnologiya
Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Koreya Aparıcı Elm və Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri güclü natrium-ion hibrid batareyanı təqdim ediblər.

Elm & Texnologiya
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
