Yadplanetliləri görə bilməməyimizin səbəbi süni intellekt ola bilər!
Elm & Texnologiya
17.05.2024
Farid Pardashunas
Manchester Universitetindən Michael Garrett-in irəli sürdüyü nəzəriyyəyə görə, süni intellekt sivilizasiyaların sonunu gətirmiş ola bilər. Buna görə də yadplanetliləri görməyə bilərik.
Süni intellekt gündən-günə inkişaf etdikcə və süni super zəkaya doğru irəlilədikcə kritik bir sual gündəmə gəlir. Bu tərəqqi texnologiyanın uğuru olmaqla yanaşı, sivilizasiyanın sağ qalmasına maneə ola bilərmi? Manchester Universitetindən Michael Garrett-in irəli sürdüyü bu nəzəriyyəyə görə, süni intellekt kainatın “böyük filtri” ola bilər. Bu günə qədər hələ ki, yadplanetlilərə dair heç bir dəlil tapılmayıb. Fermi Paradoksu da, elə bu kosmik sükutla bağlı bir araşdırmadır. Yerdənkənar sivilizasiyaların mövcud olma ehtimalı kifayət qədər yüksək olsa da, niyə hələ də onlarla əlaqə saxlaya bilməmişik? Garrett, cavabın həyatın yaranma ehtimalının aşağı olmasında deyil, əksər sivilizasiyaların öhdəsindən gələ bilmədiyi kritik təkamül darboğazında ola biləcəyini bildirir.
Süni intellekt, ağılları başından alan sıçrama potensialı ilə birlikdə, sivilizasiyaların ulduzlararası səyahətinə ən böyük maneələr yaradan amil ola bilər. Garrett iddia edir ki, bu sürətli texnoloji irəliləyiş, sivilizasiyanın inkişafındakı kövrək bir mərhələyə, yəni tək planetdən çoxplanetli növə keçidlə üst-üstə düşə bilər. Garret, açıqlamasında "Bir şeyin olduqca yanlış getmə potensialı böyükdür, bu, həm bioloji, həm də süni intellekt sivilizasiyalarının çox planetli olmaq şansı əldə etmədən dağılmasına səbəb ola bilər. Təsəvvür edin ki, böyük gücə malik robotlar və ya maşınlar təkbaşına qərarlar verirlər və ya süni intellekt nəzarət altında saxlanılmayacaq dərəcədə çox ağıllı olur. Nəzarətsiz süni intellektlə məşğul olan bir sivilizasiyanın orta ömrü cəmi 100 il ola bilər." sözlərini deyib.
Garret, texnoloji sivilizasiyanın orta ömrünün, ulduzlararası ünsiyyət imkanlarının 1960-cı ildə başlamasından süni super intellektin 2040-cı ilə qədər proqnozlaşdırılan gəlişinə qədər, yəni 100 ildən az ola biləcəyini ehtimal edir. Bu zaman dövrü, kosmik kainatın əhatə etdiyi milyardlarla illə tamamilə ziddiyyət təşkil edir. Ağıllı sivilizasiyaların sayını hesablamaq üçün istifadə edilən Drake tənliyini nəzərə alsaq, bu təxmin, ağıllı həyatın seyrək olduğu bir kainatı ortaya qoyur. Sivilizasiyalar inkişaf etməyi bacarsalar belə, onların ilkin texnoloji izlərini aşkar etmək çətin ola bilər.
Garrett-in araşdırması sadəcə elmi-fantastik apokaliptik fərziyyəsi deyil. Eyni zamanda, insanlıq üçün böyük bir xəbərdarlıq da daşıyır. Süni intellektin inkişafı üçün xüsusilə hərbi tətbiqlərdə möhkəm tənzimləmələrə ehtiyacımız var. Əks halda, o, etik çərçivələrdən və beynəlxalq hüquqdan kənar fəaliyyət göstərən avtonom silahların kollektiv zəkamızı bir anda silərək zəncirvari məhvetmə reaksiyasına səbəb ola biləcəyini vurğulayır. Garrett, son olaraq bildirir ki, “Bəşəriyyət öz texnoloji trayektoriyasının əsas nöqtəsindədir. Fəaliyyətlərimiz davamlı ulduzlararası sivilizasiyaya çevrilməyimizi və ya öz yaradıcılığımızın yaratdığı çətinliklərə tab gətirməyimizi müəyyən edə bilər”.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
Google, istifadəçiləri saxta zənglər barədə xəbərdar edəcək xüsusiyyəti Android-ə gətirməyi planlaşdırdığını açıqlayıb. Sistem, süni intellektin dəstəyi ilə zəng zamanı şübhəli söhbətləri aşkar edə biləcək.
Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!
Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!
Google, I/O çərçivəsində, proqram təminatı ilə yanaşı, süni intellekt üçün avadanlıqlarını da təqdim edib. Bu kontekstdə şirkət Cloud TPU-nun altıncı nəsli Trillium-nu rəsmi olaraq sərgiləyib.
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, ISC High Performance 2024 tədbirində Argonne National Laboratory və Hewlett Packard Enterprise (HPE) ilə birgə hazırlanmış Aurora superkompüterini təqdim edib.
Süni zəka öz məqsədi uğrunda insanları aldatmaq bacarığına yiyələnib
Süni zəka öz məqsədi uğrunda insanları aldatmaq bacarığına yiyələnib
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, faydalı işlərin yerinə yetirilməsi məqsədilə yaradılmış bəzi süni zəka sistemləri insanları aldatmaq bacarığına yiyələniblər.
ABŞ hökuməti süni zəka modellərinin eksportunun məhdudlaşdırılmasına dair qanun layihəsi hazırlayıb
ABŞ hökuməti süni zəka modellərinin eksportunun məhdudlaşdırılmasına dair qanun layihəsi hazırlayıb
Keçən həftə məlumat ortaya çıxdı ki, ABŞ hökuməti Rusiya, Çin, Şimali Koreya, İran və bir sıra digər ölkələrə aparıcı süni zəka modellərinin eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir və o bunu eksport idarəsi vasitəsilə yerinə yetirə bilər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!