Yandex şirkəti özünün ilk smrtfon modeli olan Yandex Phone'-nu təqdim etdi

Yandex şirkəti özünün ilk smrtfon modeli olan Yandex Phone'-nu təqdim etdi

Texnologiya
05.12.2018 PAYLAŞIM

    Məşhur Yandex şirkəti özünün smartfon modelini təqdim etdi. Əslində bu smartfon haqqında çoxdan bəri şayiələr gəzirdi. Şirkətin isə sadəcə olaraq smartfonu təqdim etməsi qalırdı. Beləliklə şirkət öz ilk smartfonunda əsas diqqəti özünün Alisa adlı səsli köməkçisinə ayırıb. Bu səsli köməkçi istənilən zaman ərzində istifadəçinin istənilən səsli əmrinə reaksiya verir. Sözügedən səsli köməkçini hətta hansısa tətbiqlərlə çalışan zaman və ya smartfon deaktiv rejimdə olan zaman da işə salmaq mümkündür.


Bənzər xəbər


    Alisa həmçinin istifadəçinin vərdişlərini analiz edir və əldə olunmuş məlumatlara əsasən istifadəçiyə lazımi məlumatı təqdim edir. Məsələn səhər vaxtı Alisa istifadəçiyə şəhər yollarında olan tıxaclar barəsində məlumat verəcək, istifadəçi yolda olan zaman ona uyğun musiqilərə qulaq asmağı təklif edəcək, axşam isə növbəti gün ərzində olacaq hava şəraiti barəsində istifadəçini məlumatlandıracaq. Yandex Phone 2160x1080 piksel keyfiyyətli 5.65 inç ekran, 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP + 5 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və Quick Charge 3.0 sürətli enerji yığma texnologiyalı 3050 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Məlumata əsasən bu cür batareya həcmi ilə Yandex Phone sayəsində 10 saat ərzində internetdən yararlanmaq və ya 90 saat ərzində musiqi dinləmək olar. Smartfonun arxa panelində həmçinin barmq izi skanı texnologiyası da var. Yandex Phone Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Yandex Phone-nu şirkətin rəsmi mağazalarından və ya Rusiyanın mobil operatorlarının mağazalarından əldə etmək olar. Onun qiyməti isə 270$ təşkil edir. Smartfonun bizim bazarda satılıb-satılmayacağı barəsində hələki heç bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..

×