
Yapon şirkəti, dünyanın ən sürətli avtomobilini yaradır (VİDEO)
Elm & Texnologiya
06.09.2017
Emil
Yapon şirkəti “Aspark”, Frankfurt avtosalon tədbirində özünün istehsalı olan Owl adlı hiperkarı təqdim edəcək.

Şirkətin hazırladığı avtomobil, saatda 100 km sürəti 2 saniyədən
az vaxtda yığır. Dünyanın digər böyük avtomobil istehsalçılarının bu mövzu barədə
yarışda olduqları halda, adının indiyənə kimi bəlkə də çox az adam tərəfindən
eşidilən yapon şirkəti, dünyanın ən elit avtomobillərini sürət baxımından geridə qoya bilər. Şirkət təmsilçiləri bildiriblər ki, onların hazırladıqları
hiperkar, sözün əsl mənasında sıfırdan 100 km-ə qədər sürəti 2 saniyədən az müddətə
yığacaq. Saatda 100 km sürəti tez müddətdə yığan dünyanın ən sürətli avtomobili
hələki Dodge Challenger SRT Demon-dur. O, saatda 100 km sürəti yığmaq üçün 2.3
saniyə vaxt sərf edir. Bu baxımdan o, Bugatti Chiron-dan bir qədər sürətlidir.
Belə ki, Bugatti Chiron, həmin nəticəni 2.4 saniyə ərzində əldə edir. Owl adlı
hiperkar barəsində hələki məlum olan tək şey, onun elektrik yük qurğusuna və
yüngül təkər disklərinə sahib olacağıdır. Şirkətin məlumatına əsasən
avtomobilin gövdəsi, karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990
millimetrdir. Yerdə qalan bütün texniki parametrlər isə 1 həftə sonra keçiriləcək
Frankfurt avtosalonu tədbirində təqdim olunacaq. Owl, 2014-cü ildən bəri hazırlanır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
