Yaponiya öz iş proseslərini kütləvi şəkildə artırılmış reallığa keçirdir

Yaponiya öz iş proseslərini kütləvi şəkildə artırılmış reallığa keçirdir

Texnologiya
09.09.2020 PAYLAŞIM

    AR sahəsi hələ ilkin inkişaf mərhələsindədir. Məlumata əsasən bu sahənin dəyəri bu il üçün 40 milyard dolları keçməyib. Buna baxmayaraq bir sıra ölkələr artıq AR texnologiyasını müxtəlif sahələrə inteqrasiya edirlər. Bu cür ölkələr sırasında Yaponiya liderlərdən biridir. Ölkənin böyük zavodları tədricən öz mühəndislərini Microsoft Hololens cihazı ilə təchiz edir, biznes sahəsi AR texnologiyalardan online konfransların keçirilməsində istifadə edir, ölkənin özü isə bu texnologiyanı tibb sahəsinə inteqrasiya etməyi planlaşdırır. Bu barədə Asia Nikkei saytı xəbər verib. Yaponiyada Microsoft Hololens cihazlarını kütləvi şəkildə əldə etmiş şirkətlərdən biri də Horie Railway Electric Engineering oldu. Bu şirkət dəmiryolu stansiyalarının xidmətindən cavabdehdir.

Şirkət mühəndisləri Hololens üçün tətbiq yaratmaq üzrə 2 ildən çox vaxt və 10 minlərlə dollar vəsait xərcləyiblər.

    Mütəxəssislərin Hololens üçün yaratdıqları tətbiq 127 iş prosesini emal etmək qabiliyyətinə sahibdir. Bura həmçinin təchizatın artırılmış reallıq rejimində hissələrə ayrılması da daxildir. Şirkətin prezidentinin sözlərinə əsasən tətbiqin və Hololens cihazının bahalı olmasına baxmayaraq bu qərar yaxın zamanda müsbətə çıxacaq. Yaponiyanın ən böyük avtomobil hissələri istehsalçısı olan Musashi Simitsu Industry şirkəti (Honda Motor-un əsas təchizatçısı) bir neçə ay bundan öncə Meksikadakı zavodunda Hololens cihazlarını istifadəyə verib.


    Şirkət mühəndislərin zavoda göndərilməsi üçün zaman və vəsait xərcləmək yerinə dünyadakı bütün zavodlarına AR texnologiyanı inteqrasiya edir. Toyota Motor şirkəti AR texnologiya üçün digər bir tətbiq sahəsi fikirləşib. Belə ki, şirkət AR texnologiyadan öz texniki xidmət yerlərlində istifadə edir. Beləliklə şirkət öz avtomobillərinin təmirini və texniki baxışını sürətləndirmək üçün mühəndislərini AR cihazlarla təchiz edib. Biznes sahəsinə gəldikdə isə burda ən bariz nümunə kimi Itoki şirkətini misal gətirmək oalr. Sözügedən şirkət Yaponiyanın ən böyük mebel istehsalçılarından biridir.

Şirkət Tokionun Hololab adlı startapı ilə birləşərək iş görüşmələri üçün nəzərdə tutulmuş AR tətbiq yaradıb.

    Itoki-nin yaratdığı proqram təminatı həmsöhbət şəxsin 3D təsvirini Hololens cihazında əks etdirə bilir. Stereo səsgücləndiricilər isə real danışıq prosesi hissini yaradırlar. Qeyd etmək lazımdır ki, AR və VR texnologiyaları həmçinin tibb sahəsinin təkmilləşdirilməsi üçün də perspektivli hesab olunurlar. Yaponiya hökuməti tibb sahəsində təhsil alan tələbələrin virtual reallıq rejimində təhsil almalarını təsdiqləyib. Bu üsul ilə koronavirus pandemiyası zamanı təhsil proseslərini olduğu saxlamaq mümkün olacaq

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×