main-post-cover

    Yaradılmış yeni material CO2 qazını udaraq elektrik enerjisi ifraz etməyi bacarır

    Elm & Texnologiya
    20.06.2021
    Emil Nəcəfov
        Tədqiqatçılar bitkilərə xas olan fotosintez funksiyasını reallaşdırmağı bacaran material yarada biliblər. Yaradılmış yeni material CO2 qazını udaraq təmiz hava və müxtəlif cihazlar üçün elektrik enerjisi ifraz etməyi bacarır. Sintetik materialda fotosintezin kimyəvi reaksiyalarının reallaşdırılması üçün metal üzvi boyalardan (MOF) istifadə olunub. Bu boyalar CO2 qazını zərərsiz orqanik materiallara parçalaya bilir. Maraqlısı ondadır ki, bu texnologiya təmiz havanın əldə olunmasından və parnik qazlarının ifrazlarını azaltmasından əlavə olaraq insanlara ucuz enerji mənbəyini də təqdim edəcək.
        Tədqiqatçıların sözlərinə əsasən onlar bu texnologiyanın effektivliyini yüksəltmək üçün onu təkmilləşdirməyə davam edirlər. İdeyanın əsas məğzi bu cür texnologiyaya sahib cihazların elektrik stansiyalarının yaxınlıqlarında yerləşdirilməsidir. Bu halda həmin cihazlar CO2 qazını xüsusi çənlərə yığacaqlar. Emal prosesi zamanı isə CO2 qazı enerjiyə çevriləcək və naqillər vasitəsilə istehlakçılara ötürüləcək. Potensial baxımından bu sintetik materialdan xüsusi ev damları hazırlamaq mümkündür. Bu cür damlar havanı təmizləməklə yanaşı CO2 qazını enerjiyə çevirərək onu evlərdəki cihazların çalışmaları üçün yararlı edə bilərlər.
    Linki kopyala