main-post-cover

    Yaxın illərdə SSD-lərin həcmləri yüzlərlə TB (terabayt) təşkil edəcək

    Elm & Texnologiya
    06.03.2023
    Emil Nəcəfov
        SSD-lər artıq uzun zamandır ki, satışdadırlar. Lakin 1 TB-dan böyük həcmə sahib SSD-lər dəbdəbənin göstəricisidir. Buna görə də data mərkəzlərdə hələ də ənənəvi sərt disklərə üstünlük verilir. Lakin ABŞ-ın SSD istehsalı ilə məşğul olan Pure Storage şirkətinin fikrincə yaxın illərdə bu vəziyyət dəyişəcək. Belə ki, bazara daha böyük həcmli yaddaşa sahib SSD-lər satışa çıxacaq. Pure Storage şirkəti özünün All Flash Array (AFA) adlı SSD-lərinin yaxın 4 il üçün inkişaf planını təqdim edib. Qeyd etmək lazımdır ki, şirkətin AFA adlı SSD-ləri DirectFlash (DFM) modulları əsasında hazırlanır.
        Təqdim edilmiş inkişaf planının qrafikinə əsasən şirkət bu il 100 TB-lıq SSD-ləri satışa çıxartmağı planlaşdırır. Təqribi olaraq 2025-ci ildə 200 TB-lıq, 2026-cı ildə isə 300 TB-lıq SSD-ləri gözləmək olar. Pure Storage qeyd edib ki, DFM modullarına sahib SSD-lər ənənəvi SSD-lərdən daha etibarlıdırlar. Buna görə də DFM modullarına sahib SSD-lər korporativ seqment üçün ən əla seçimdir. Qeyd etmək lazımdır ki, Nimbus Data adlı şirkət dünyanın 100 TB-lıq ilk SSD-ni hələ 2018-ci ildə təqdim etmişdi. Həmin vaxtda şirkət onu 40 000$ dəyərində qiymətləndirmişdi. Lakin 200 TB-lıq yaddaş həcminə sahib SSD hələ heç kim tərəfindən təqdim edilməyib.
    Linki kopyala