Yaxın müddətdə iPhone-ların təmiri əsl problemə çevrilə bilər

Yaxın müddətdə iPhone-ların təmiri əsl problemə çevrilə bilər

Texnologiya
09.03.2020 PAYLAŞIM

    Zaman-zaman elektron cihazlardan istifadədə onlar zədələnə bilərlər. Apple cihazlarının istifadəçiləri də bu vəziyyətlərdən sığortalanmayıblar. Cihazda yaranmış hansısa problemi aradan qaldırmaq üçün sadəcə olaraq şirkətin rəsmi texniki dəstək servisinə müraciət etmək lazımdır. Hər halda bugünə kimi vəziyyət elə idi. Məlum olub ki, zədələnmiş iPhone cihazlarının bərpası yaxın zamanda əsl problemə çevrilə bilər. Bu barədə Slashgear saytı xəbər verib.

    Apple şirkəti öz texniki dəstək servislərinin əməkdaşlarına bəyanat göndərib. Həmin bəyanatda qeyd edilib ki, yaxın müddətdə cihazların təmir olunması nəzərdə tutulmuş komponentlərin qıtlığı yarana bilər. Əsas səbəb isə tam aydındır. Söhbət, Çindəki koronavirusdan gedir. Sözügedən virus səbəbilə Çindəki bir çox zavod hələ də öz istehsalat proseslərini bərpa etməyiblər. Onlardan bəziləri isə istehsalat güclərinin yalnız yarısını işə salıblar.

Bənzər xəbər


    Bu səbəbdən Apple şirkətinin bir sıra texniki dəstək servisi komponent qıtlığı problemi ilə qarşılaşıb. Öz bəyanatında Apple şirkəti qeyd edib ki, vəziyyət 1 ay ərzində normal halına qayıda bilər. Lakin yaranmış problemin miqyası barəsində məlumat yoxdur. Şirkət artıq təmirə ehtiyac duyan cihazların poçt vasitəsilə istifadəçilərə qaytarılması prosesinə start verib. Bununla yanaşı şirkət həmin istifadəçilərə müəyyən müddətlik digər iPhone modellərinin icarəsi kampaniyasını da təklif edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×