Yaxın zamanda Android 10-u əldə edəcək Xiaomi smartfonları məlum olub

Yaxın zamanda Android 10-u əldə edəcək Xiaomi smartfonları məlum olub

Texnologiya
26.12.2019 PAYLAŞIM

    XDA-Developers saytının mütəxəssisləri yaxın zamanda Android 10 əməliyyat sistemini əldə edəcək Xiaomi smartfonlarının siyahısını təqdim ediblər. Xiaomi şirkəti çoxlu sayda smartfon modelinə sahib olduğu üçün yeni Android versiyalarının həmin smartfonlara təqdim olunması bir qədər ləng şəkildə reallaşdırılır. Şirkət üçün əsasən ən öndə gedən prioritet özünün MIUI adlı istifadəçi interfeysinin yenilənməsidir.

    Məhz MIUI istifadəçi interfeysinin növbəti yenilənməsinin daxilində mütəxəssislər Android 10-u əldə edəcək Xiaomi smartfonlarının siyahısını aşkar ediblər. Siyahı o qədər də geniş deyil. Beləliklə yaxın zamanda Adnroid 10-u əldə edəcək Xiaomi smartfonları bunlardır: Pocophone F1, Mi Mix 2S, Mi Mix 3, Mi 8, Mi 8 Pro, Mi 8 Pro Explorer Edition. Android 10-nun bu smartfonlara dəqiq şəkildə nə zaman gələcəyi bilinmir. Lakin istifadəçilər çox gözləməli olmayacaqlar. İlkin mərhələdə isə Android 10 bu smartfonların çinli istifadəçiləri üçün təqdim olunacaq


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×