
İlin nəticələrinə əsasən bu servisin dövriyyəsi 3 milyard dollara çata bilər.
Yemək çatdırılması servisi olan UberEats bir sıra ölkələrdə “Uber” şirkətinin əsas biznesi olan taksi xidmətini geridə qoyub. Bu barədə Business Insider saytı xəbər verib. Şirkət rəsmilərinin verdikləri məlumatlara əsasən 19 Avropa ölkəsində UberEats servisi şirkətin taksi xidmətindən daha çox gəlir gətirir. Şirkətin məlumatına əsasən Milan, Madrid və Fransanın Qrenoble şəhərlərində istifadəyuə verilməsindən sonra UberEats iki dəfə böyüyüb. Ümumilikdə isə yemək çatdırma servisi 30-dan çox ölkədə fəaliyyət göstərir.
Bu
servisin ən böyük bazarlarından biri də İngiltərədir. Burada servis 40 şəhərdə
fəaliyyət göstərir. Servisin bildirdiyinə görə onlar İngiltərənin 8000-dən çox
restoranı ilə əməkdaşlıq edirlər. Bu servisin böyüməsinin ən böyük səbəblərindən
biri də onun daha çox restoran seçimi təqdim etməsindədir. Çatdırılmanın sürətli
və təhlükəsiz şəkildə reallaşdırılması da böyük rol oynayır. Məlumata əsasən
Londonda çatdırılmanın vaxtı əsasən 25 dəqiqədən gec olmur. UberEts servisinin
meneceri Toussaint Wattinne servisin gəlirləri barəsində məlumat verməsə də
onun “Uber” üçün böyük vacibliyini qeyd edib.
Şərh yoxdur