main-post-cover

    Yeni AMD Ryzen 4000G prosessorları Yaponiyada saatlar ərzində satıldı (Stoklar bitdi)

    Elm & Texnologiya
    23.08.2020
    Nijat Hamid
            AMD şirkəti Zen arxitekturası üzərində hazırladığı Ryzen prosessorları ilə rəqibi Intel-i sözün əsl mənasında əzib keçib. Keçən ay təqdim etdiyi Ryzen 4000G (Kod adı: Renoir) prosessorları artıq Yaponiyada pərakəndə satış saytlarında satışa çıxarılıb. Verilən son məlumatlara görə prosessorlar saatlar ərzində satılıb. Yaponiyadakı satış stokları bu satış rəqəmlərindən sonra tükənib.

    AMD şirkətinin Ryzen 4000G prosessorları Yaponiyada çox ciddi tələbatla qarşılaşıb.

            Burda sizlərə çatdırmaq istədiyimiz bir-iki önəmli məqam var. Ryzen 4000G prosessorları standart prosessorlardan fərqlidir. Bu prosessorlar APU adlanır. Yəni bu prosessorların içində təkmilləşdirilmiş AMD-ə məxsus Vega videokartı var. Qısaca bir çipin içində həm prosessor, həm videokart var. Bu da o deməkdir ki, siz bu prosessoru kompüterə quraşdırıb Nvidia və ya AMD videokartı olmadan oyunlar oynaya bilərsiniz. Bu çox böyük avantajdır və bu səbəbdən Yaponiyadakı bütün pərakənda satış üçün nəzərdə tutulan stoklar tükənib. 
            Bir digər önəmli məqam isə odur ki, şirkət bu prosessorları fərdi istifadəçiyə satmaq yerinə original istehsalçılara satmağı planlayıb. Yəni hazır keys satan şirkətlər üçün nəzərdə tutulub. Lakin o qədər tələb olub ki, ön sifarişlər belə tükənib. Bu siyahıda ən çox tələb görən APU prosessoru isə Ryzen 7 4700G olub. Önümüzdəki aylarda AMD şirkəti fərdi istifadəçilər üçün nəzərdə tutulan yeni prosessorlarını təqdim edəcək və təxminlərə görə Intel şirkətinin 10.nəsil Core prosessorları ilə 5 Ghz sərhəddini keçdiyi kimi AMD də prosessorlarında 5 Ghz tezliyi keçməyi planlayır.
    Linki kopyala