Yeni Android Q əməliyyat sisteminin ilk fotoları və özəllikləri ortaya çıxdı

Yeni Android Q əməliyyat sisteminin ilk fotoları və özəllikləri ortaya çıxdı

Texnologiya
19.01.2019 PAYLAŞIM

    Google şirkətinin yeni Android versiyası hələ anons olunmasa da, onun barəsində ilkin məlumatlar artıq ortaya çıxıb. Belə ki, XDA-Developers saytının tərtibatçıları Android Q əməliyyat sisteminin ilkin versiyasına sahib Google Pixel 3 XL smartfon modelini test ediblər. Tərtibatçılar yeni əməliyyat sistemini analiz edərək onun əsas özəllikləri barəsində məlumat veriblər.

Yeni əməliyyat sistemində olan Dark Mode rejimi:

Bənzər xəbər



    Yeni Android versiyasında bu funksiya standart olaraq quraşdırılıb. Google şirkəti hələ keçən il smartfonlardakı rəng sxemlərinin smartfon batareyasına təsirini incələmişdi. Beləliklə mühəndislər belə qənaətə gəlmişdilər ki, AMOLED ekrana sahib smartfon istifadəçiləri Dark Mode rejimi sayəsində enerji sərfiyyatına 60% qənaət edə bilirlər.

    Dark Mode rejiminin aktivləşdirilməsindən sonra ayarlar ekranı, səs paneli və tətbiqlərə sürətli keçid imkanını verən panel qara fona keçid edir. Yeni əməliyyat sistemində isə bu dəyişiklik həmçinin sistem panelinə, bildirişlər bölməsinə və Google tətbiqlərinə də aid edilib.


    Yeni əməliyyat sistemində istənilən tətbiqdə Dark Mode rejimini aktiv etmək üçün (hətta tətbiq özündə dark mode rejimini dəstəkləməsə də) ekran ayarlarına daxil olaraq sözügedən rejimi standart rejim kimi aktivləşdirmək və tərtibatçılar üçün olan override force-dark funksiyasını aktiv hala gətirmək lazım olacaq.

İcazə sistemi və tətbiqlər üçün məhdudlaşdırıcı:


    Android Q istifadəçiyə işə salınmış tətbiqlərin nə etdikləri, onların açıq Wi-Fi şəbəkələrinə nə qədər çox müraciət etdikləri və fon rejimində həmin tətbiqlərin nə etdikləri barəsində daha çox məlumat verəcək. Ən zəhlətökən tətbiqlərə isə istifadəçi məhdudlaşdırıcı sistem qoşa biləcək. Məsələn həmin tətbiqlərə internet girişinin məhdudlaşdırılması və ya istifadəçi tərəfindən təyin edilmiş müəyyən əməliyyatların yerinə yetirilməsi.

    Tətbiqlər üçün icazə ayarlarının dialoq paneli hər bir tətbiq üçün private ayarlarını təqdim edəcək. Məsələn müəyyən tətbiqə mikrofondan istifadəni yalnız o halda icazə vermək olacaq ki, mikrofon həqiqətən də aktivləşdirilsin, fon rejimində çalışmasın və internetə çıxış əldə etməsin.


    Ayrıca icazələr ayarlarını seçməklə təkcə bu və ya digər məlumatlara sahib tətbiqlərin siyahısına baxmaq deyil həmdə lazım gəldikdə həmin tətbiqləri redaktə etmək də mümkün olacaq. İşə salınmış tətbiqlər barəsində məlumatları əks etdirən xüsusi ekran da bəzi dəyişikliklərə məruz qalıb.

Əməliyyat sisteminin desktop rejimi:

    Android Q tərtibatçıları üçün olan menyuda həmçinin force desktop mode funksiyası aşkar edilib. Bu isə o deməkdir ki, şirkət Android Q üçün Samsung DeX-in analoqunu hazırlayır. Bu funksiyanı tərtibatçılar test edə bilməsələr də onlar güman edirlər ki, yeni əməliyyat sisteminin final versiyasında xarici ekranların dəstəyi olacaq.

Tərtibatçılar üçün ayarlar:

    Tərtibatçı rejimi üçün bir çox yeni funksiyalar əlavə olunub. Bura çoxekranlı rejimin aktivləşdirilməsi və ayarlanması, ixtiyari pəncələrin dəstəyi və s. də daxildir. Funksiyaların bir hissəsini test etmək mümkün olmayıb. Belə ki, onların nə üçün nəzərdə tutulduqları hələ aydın deyil.


    Yeni əməliyyat sisteminin ayarlar siyahısında oyunlar üçün optimal drayverlərin seçilməsi və smartfon ekranının videosunun çəkilməsi imkanları aşkar edilib. Sözügedən funksiyaların tam dəqiq işləmə prinsipləri barəsində məlumat yoxdur. Yeni Android versiyasında həmçinin Always on Display funksiyası da olacaq. Bu funksiya sayəsində smartfon özü hətta deaktiv edilmiş şəkildə ekranda bəzi bildirişləri əks etdirəcək.


    Xüsusi imkanlar ekranı həmçinin bildirişlərin göstərilmə vaxtı funksiyasını da əldə edib və bu funksiya istifadəçidən müəyyən əməliyyatların yerinə yetirilməsini tələb edəcək. Beləliklə istifadəçi məlumatın əks olunması vaxtını ayarlaya biləcək və ya tətbiqi, bütün məlumatların özündə saxlayaraq daha sonra istifadəçi tərəfindən baxılacağını məcbur edə biləcək. Sürətli əməliyyatlar panelində akselerometr və hiroskop da daxil olmaqla bütün antenlərin və ötürücülərin deaktiv edilməsi düyməsi yerləşdirilib.


    Bloklanma ekranı isə smart bloklanma və ya istifadəçinin öz cihazına etibarının itirilməsi halında bloklanma özəlliklərini əldə edib. Çox güman ki, söhbət, smartfonun itməsi halında onun uzaqdan bloklanması nəzərdə tutulur. Gallery interfeysi, bildirişlər sistemi və tətbiqlərin quraşdırılması ekranı da bəzi dəyişikliklərə məruz qalıblar.


    Qeyd etmək lazımdır ki, XDA-Developers saytının tərtibatçılarının əllərinə yeni əməliyyat sisteminin ilkin versiyası düşüb. İşıq üzü görəcəyi vaxta kimi Android Q bir sıra yeni funksiyalar da əldə edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×