
Artıq neçə ildir ki, “Google” şirkəti yeni Android versiyasını hər il tərtibatçılar üçün keçirilən Google I/O tədbirində anons edir.
Həmin tədbirdə yeni Android versiyasının sistem özəllikləri təqdim olunur, beta test versiyaları istifadəyə verilir və əməliyyat sisteminin final versiyasının çıxış tarixi məlum olur. Bu ilki Google I/O tədbiri 8-10 May tarixlərində keçiriləcək. Tədbirin anonsu üçün şirkət tapşırıqlardan ibarət maraqlı oyunu istifadəyə verib. Həmin oyun Street View xəritələr bazası vasitəsilə çalışır. Beləliklə istifadəçi şirkətin ofisinin yanında olur və tapmacaları taparaq onları həll etməyə çalışır.
LG G5'in xüsusi versiyasının detalları üzə çıxdı
Sıra ilə tapmacalar
tapıldıqdan sonra istifadəçi bir otağa daxil olur. Həmin otaqdakı stolun üzərində
isə piroq var. Bu çox güman ki, yeni Android versiyasının adına olan işarədir.
Belə ki, hər bir Android versiyalarının şirniyyatlarla bağlı adları davam edir.
Sonuncu ad Android Oreo olmuşdur. İndi isə növbə “P” hərfindədir. Beləliklə hələki ən
real variant Android Pie hesab olunur. Lakin həqiqəti biz heç də May ayında
keçiriləcək tədbirdə bilməyəcəyik. Bütün məlumatlar əməliyyat sisteminin çıxış
günü bəlli olacaq. Android Oreo ilə məhz bu cür hadisə baş vermişdi.
Şərh yoxdur