Yeni Apple AirPods barəsində məlumatlar sızdırılıb
Elm & Texnologiya
18.10.2019
Farid Pardashunas
Hələ bir neçə müddət bundan öncə iOS 13.2 əməliyyat sisteminin kodunda yeni Apple AirPods qulaqlıq modelinin fotosu ortaya çıxmışdı. İndi isə bu qulaqlığın qiyməti, təqdimat tarixi və bir sıra özəllikləri barəsində məlumat ortaya çıxıb. Bu barədə Macrumors saytı xəbər verib. Məlumata əsasən yeni AirPods modeli AirPods Pro adlanacaq.
Yeni qulaqlıq yüksək keyfiyyətli səsi və ətraf səs küyün boğulmasını təmin edəcək tamamilə yeni dizayn əldə edəcək. Bununla yanaşı AirPods Pro modeli sudan qorunma özəlliyini də özündə biləşridəcək. Məlumatda qeyd olunub ki, Apple şirkəti yeni AirPods modelini bu ayın sonunda təqdim etməyi planlaşdırır. Hesabatda həmçinin bildirilib ki, AirPods Pro-nun qiyməti 260$ təşkil edəcək. Bu isə AirPods 2-nin qiymətindən 60$ bahadır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı