main-post-cover

    Yeni Apple M1X prosessorunun özəllikləri bençmark saytı vasitəsilə məlum olub

    Elm & Texnologiya
    17.02.2021
    Farid Pardashunas
        Keçən il Apple şirkəti M1 adlı fərdi ARM prosessorunu təqdim etmişdi. Bu üsul ilə şirkət öz kompüter və noutbuklarında Intel prosessorlarını əvəzləmək qərarına gəldi. Lakin şirkətin planlarında daha güclü prosessorların istehsalı var. İndi isə onlardan biri bençmark testlərindən keçib. CPU Monkey saytının məlumatlar bazasında Apple şirkətinin M1X adlı yeni prosessor modeli barəsində məlumatlar ortaya çıxıb. Məlumatlardan da görmək olar ki, yeni prosessor keçən ilki M1-dən bir sıra özəlliklər üzrə fərqlənir. Əsasən M1X prosessorunda fiziki nüvələrin sayı 8-dən 12-yə yüksəlib.
        Prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb, 3.2 GHz tezlikdə çalışır və 32 GB-a kimi LPDDR4X standartlı RAM yaddaşını dəstəkləyir. Prosessorun texniki özəlliklərinə əsasən güman etmək olar ki, Apple həmçinin multimedia özəlliklərinə də diqqət ayıracaq. Belə ki, M1X 256 icraçı bloka sahib 16 nüvəli qrafik çip ilə təchiz olunmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki M1 prosessoru sadəcə 128 icraçı bloka sahibdir. Məlumatda qeyd edilib ki, bençmark testlərindən yeni prosessorun mühəndis nümunəsi keçib. Gözləntilərə əsasən yeni M1X prosessoru bu ilki MacBook Pro 14, MacBook Pro 16 noutbuklarına və 27 düym-lük iMac monoblokuna inteqrasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər