main-post-cover

    Yeni Apple M2 Pro və M2 Max prosessorları ilə MacBook Pro (2023) noutbukları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    18.01.2023
    Farid Pardashunas
        Apple şirkəti MacBook kompüterləri üçün nəzərdə tutulmuş M2 ProM2 Max prosessorlarını təqdim edib. Əvvəlki Apple M modellərində olduğu kimi şirkət yeni prosessorlarda da əsas diqqəti performans göstəricilərindən əlavə olaraq enerji effektivliyinə ayırıb. Beləliklə təqdim edilmiş M2 Pro və M2 Max prosessorları ikinci nəsil 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb. M2 Pro modeli 40 milyard tranzistordan ibarətdir və özündə 12 nüvəli CPU (8 ədəd yüksək performanslı nüvə və 4 ədəd enerji effektivliyi nüvəsi) ilə 19 nüvəli GPU-nu birləşdirir.
        M2 Pro həmçinin 32 GB-a kimi vahid yaddaşa sahibdir. M2 Max-a gəldikdə isə o, 67 milyard tranzistordan ibarətdir və özündə 12 nüvəli CPU ilə 38 nüvəli GPU-nu birləşdirir. Bununla yanaşı M2 Max modeli 96 GB-a kimi vahid yaddaşa sahibdir. Əlavə olaraq hər iki prosessor 16 nüvəli köməkçi neyron prosessor ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən M1 Pro-dan fərqli olaraq M2 Pro-nun performans göstəricisi 20% yüksəlib. Bununla yanaşı M2 Pro Photoshop tətbiqində 80% daha sürətlə çalışır.
        Intel prosessorlu ən güclü MacBook Pro-dan fərqli olaraq yeni prosessor Xcode mühitində kod kompilyasiyanı 2.5 dəfə daha sürətlə reallaşırır. M1 Pro-nun sahib olduğu qrafik çip ilə müqayisədə M2 Pro-nun sahib olduğu qrafik çip 30% daha sürətlidir. M2 Max-a gəldikdə isə nun CPU və GPU performans göstəricisi M2 Pro-nun CPU və GPU performans göstəricisi səviyyəsindədir. Qeyd etmək lazmdır ki, Apple şirkətinin bu yeni prosessorlarını ilk olaraq yeni MacBook Pro modelləri və Mac mini modeli əldə ediblər.
        Apple şirkəti 14 və 16 düym ekranlara sahib yeni MacBook Pro noutbuklarını təqdim edib. Təqdim edilmiş MacBook Pro (2023) modelləri şirkətin M2 Pro və M2 Max adlı yeni prosessorları ilə təchiz olunublar. Bununla yanaşı yeni MacBook Pro-lar uzun müddət ərzində çalışmaq özəlliyi və əvvəlki MacBook Pro-lar ilə müqayisədə daha yüksək performans göstəricilərilə fərqlənirlər. Faktiki olaraq yeni MacBook Pro modelləri əvvəlkilərdən sadəcə prosessorlar cəhətdən fərqlənirlər. Digər bütün özəlliklər baxımından MacBook Pro (2023) modelləri keçən ilki MacBook Pro-ları təkrarlayırlar. Əvvəlki MacBook modellərində olduğu kimi yeni MacBook Pro-lar 120 Hz-lik təsvir yenilənməsinə sahib Liquid Retina XDR ekran ilə təchiz olunublar. Ekranların maksimal parlaqlıq səviyyələri 1600 nit təşkil edir. Ekranların yuxarı mərkəz hissələrində isə veb kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib.
        Bundan əlavə olaraq noutbuklar 6 ədəd səsgücləndiricidən ibarət audio sistemə sahibdirlər. Məlumatda qeyd edilib ki, bir dəfə şarj olunandan sonra 14 düym ekranlı model 18 saat, 16 düym ekranlı model isə 22 saat ərzində çalışa bilir. MacBook Pro (2023) modellərində reallaşdırılmış daha bir yenilik ondan ibarətdir ki, yeni noutbukıar Wi-Fi 6E naqilsiz şəbəkə dəstəyinə sahibdirlər. Bununla yanaşı MacBook Pro (2023) modelləri 60 Hz-lik təsvir yenilənməsinə sahib 8K keyfiyyətli və 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli xarici ekranlara da qoşula bilirlər. Əlavə olaraq noutbuklar özlərində 3 ədəd Thunderbolt 4 (USB Type-C), SDXC, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audio və HDMI 2.1 girişlərini birləşdirirlər.
        MacBook Pro (2023) modelləri 27 yanvar tarixində satışa çıxacaqlar. M2 Pro prosessoruna sahib 14 düym ekranlı MacBook Pro-nun qiyməti 1999$-dan, M2 Max prosessoruna sahib 14 düym ekranlı MacBook Pro-nun qiyməti isə 3099$-dan start götürəcək. 16 düym ekranlı MacBook Pro-ya gəldikdə onun M2 Pro prosessoruna sahib versiyasının qiyməti 2499$-dan, M2 Max prosessoruna sahib versiyası isə 3499$-dan start götürəcək. Satışa həmçinin ən flaqman MacBook Pro (2023) modeli də çıxacaq. Söhbət, 16 düym ekrana, M2 Max prosessoruna və 8 TB daxili yaddaşa sahib modeldən gedir. Onun qiyməti isə 6499$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər