
Yeni Apple məhsullarının qiymət və özəllikləri təqdimatdan 1 həftə öncə sızdırıldı
Elm & Texnologiya
05.09.2018
Emil
12 Sentyabr tarixində Apple şirkəti
öz yeni məhsullarının təqdimatını keçirdəcək. Bu səbəbdən şirkətin yeni məhsulları
barəsində daha çox məlumatlar ortaya çıxmağa başlayıb. MySmartPrice adlı online
mağazasının sonuncu məlumat sızıntısı isə yeni Apple məhsullarının qiymət və
texniki göstərici məlumatlarını özündə birləşdirir. İlk öncə ondan başlayaq ki,
yeni məlumat sızıntısına əsasən bu ilki iPhone modelləri iPhone XS və iPhone XC
adlanacaqlar.

Məlumata əsasən XS flaqman modelləri iki variantda satışa
çıxarılacaq. Onlardan biri 5.8 inç OLED ekrana, digəri isə 6.5 inç OLED ekrana
sahib olacaq. Yeni smartfonlar həmçinin Apple A12 prosessoru, 4 GB RAM və
64/256/512 GB daxili yaddaş ilə təchiz olunacaqlar. Hər iki model ikili arxa
kamera və Face ID texnologiyasına sahib olacaq. Qiymətə gəldikdə isə 5.8 inç
ekrana sahib versiya 899$, 6.5 inç ekrana sahib versiya isə 999$ qiymətində
satılacaq. Sözügedən qiymət göstəriciləri hər iki smartfon modelinin 64 GB
daxili yaddaş versiyalı variantları üçün nəzərdə tutulub.

iPhone XC modeli
iPhone 5C kimi müxtəlif rəng variantlarında satışa çıxacaq. Bu model çox güman
ki, metal korpusa sahib olacaq. Beləliklə onda naqilsiz şarj texnologiyasını
gözləməyə ehtiyac yoxdur. Bununla yanaşı o, 6.1 inç maye kristallik ekran,
Apple A12 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Flaqman modellərdən fərqli
olaraq XC modeli bir ədəd arxa kameraya sahib olacaq. Onun qiyməti isə 749$ təşkil
edəcək.

Apple Watch Series 4 smart saatı əvvəlki
modellərdən fərqli olaraq 15% daha böyük ekrana sahib olacaq. Bununla yanaşı
yeni smart saat modeli S4 prosessoru və W3 çipi ilə təchiz olunacaq. Onun qiyməti isə 349$ təşkil edəcək.

Professional planşetlərin yeni
modeli çərçivəsiz ekran və Face ID texnologiyası ilə təchiz oluna bilər. Apple
şirkəti iPad Pro planşetinin iki versiyasını təqdim edəcək. 11 inç ekrana sahib
versiya və 12.9 inç ekrana sahib versiya. Planşetlərin qiymətləri isə əvvəlki
planşetlərdə olmuş qiymətlər kimi olacaq. Çox güman ki, şirkət yeni planşet
modellərində daxili yaddaş həcmini 1 TB-a kimi yüksəldəcək.

Sonunda MacBook da yeni versiyaya
sahib olacaq. Şirkət 12 inç və 13 inç ekranlara sahib MacBook modellərini təqdim
edəcək. Yeni modellərin dizaynları əvvəlki kimi qalacaq. Lakin şirkət USB
Type-C girişlərin sayını artıracaq. Yeni versiyaların qiymətləri isə 999$-dan başlayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
