main-post-cover

    Yeni Apple Pencil stilusu təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    17.10.2023
    Emil Nəcəfov
         Bir çoxları yeni iPad planşetlərini gözlədikləri bir vaxtda Apple şirkəti yeni Apple Pencil stilusunu təqdim etdi. Lakin təqdim edilmiş yeni Apple Pencil daha öncəki modeldən və hətta 2015-ci ildə təqdim edilmiş ilk Apple Pencil-dən geridə qalır. Yeni Apple Pencil xarici görünüşcə Apple Pencil 2-yə bənzəyir. Lakin yeni Apple Pencil-in yuxarı hissəsində hərəkətli başlıq var və onun daxilində USB-C girişi yerləşir. Stilusun şarjı və iPad planşetinə qoşulması məhz həmin USB-C girişi vasitəsilə reallaşdırılır. Yeni stilus Apple Pencil 2 kimi naqilsiz qoşulmaya və şarj texnologiyasının dəstəyinə sahib deyil.
         Lakin digər tərəfdən yeni Apple Pencil maqnit texnologiyası vasitəsilə iPad-ə bərkidilə bilir. Bu halda stilus enerjiyə qənaət rejiminə keçid edir. Yeni Apple Pencil rəsm çəkmə və yazı yazma zamanı stilusun əyilmə bucağını təyin edə bilir. Lakin istifadəçinin stilusu nə dərəcədə bərk şəkildə ekrana toxundurmasının təyini özəlliyi yeni Apple Pencil-də yoxdur. Bunun əvəzinə şirkət yeni stilusda Pencil Hover funksiyasının dəstəyini reallaşdırıb. Bu funksiya çərçivəsində iPad ekranı stilusun ekrana toxunmasından öncə ona reaksiya verə bilir. Yeni Apple Pencil USB-C dəstəkli bütün iPad planşetlərində istifadəyə yararlıdır. Onun qiyməti isə 79$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple gələn il hansı noutbukları təqdim edəcək?
    apple-gelen-il-hansi-noutbuklari-teqdim-edecek
    iPad mini 7-nin özəllikləri barəsində məlumatlar verilib
    ipad-mini-7-nin-ozellikleri-baresinde-melumatlar-verilib
    Bütün iPhone 15 modellərinin hansı qiymətə istehsal olunduqları məlum olub
    butun-iphone-15-modellerinin-hansi-qiymete-istehsal-olunduqlari-melum-olub
    Apple A17 Pro prosessorunun istehsalı hansı qiymətə başa gəlir?
    apple-a17-pro-prosessorunun-istehsali-hansi-qiymete-basa-gelir
    Apple iPhone-larda jailbreak ilə yeni mübarizə üsulunu hazırlayıb
    apple-iphone-larda-jailbreak-ile-yeni-mubarize-usulunu-hazirlayib