Yeni batareya texnologiyası gəlir: Qrafen Batareyalar

Yeni batareya texnologiyası gəlir: Qrafen Batareyalar

Texnologiya
20.01.2020 PAYLAŞIM

        Bildiyiniz kimi telefonlarda, notbuklarda və s. digər elektronik cihazlarda Li-ionLi-Po batareyalar istifadə olunur. Hal-hazırda istehsalçılar batareyaların ölçülərini artıraraq tutumlarını artırmağa çalışırlar, lakin bu halda daha çox yer lazım olduğu üçün cihazlar qalınlaşır. Ona görə də yeni texnologiyaya keçməyin zamanı gəldi. Qrafen maddədən hazırlanan yeni batareyalar daha sürətli şarj olur və daha çox enerji saxlayır. 

ABŞ mənşəli bir firma Qrafen batareyaları satışa çıxarmağa hazırlaşır.

        Real Graphene adlı şirkət yaxında batareya bazarına girəcəyini açıqladı. Qeyd olunan məlumata görə artıq bir çox şirkət bu batareyaları test etmiş və müsbət nəticələr əldə ediblər.  Qrafen texnologiyasında batareyalar daha sürətli şarj olur və daha çox enerji saxlaya bilirlər. Şirkət CEO-su olan Samuel Gong-un dediklərinə görə 3000 mAh həcmində batareya 0%-dən 100%-ə qədər sadəcə 20 dəqiqədə dola bilir. Bu standart Li-ion batareyalarda təxmini 70-90 dəqiqə arası olur.

        Digər önəmli məsələ isə bu batareyaların daha uzun ömürlü olmasıdır. Hal-hazırki batareyaların ömürləri 300-500 dəfə şarj olunma qabilliyyəti arasında dəyişir. Qrafen batareyalarda isə bu 1500 dəfədən daha çox olur. Aradakı fərqi düşünə bilirsinizmi? Digər tərəfdən bu qədər sürətli dolmalarına baxmayaraq Li-ion batareyalar nəzərən çox daha az qızırlar. Mənfi cəhət olaraq isə bundan bəhs edə bilərik ki, Qrafen maddəsi istehsalı bahalı olan bir maddədir. Qrafen-dən hazırlanmış bir batareya qatı özü təkcə 25 dollara hazırlanır. 1 kq Qrafenin öz qiyməti isə 300 min dollardır. Hər batareyada çox az Qrafenin istifadə ediləcəyi planlansa da bu texnologiya elektronik cihazların qiymətini artıracaqdır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Sony şirkəti bahalı olmayan Xperia L4 smartfonunu təqdim edib

MWC 2020 sərgisinin ləğv olunmasına baxmayaraq Sony şirkəti özünün bahalı olmayan yeni smartfon mode..


Windows 10 ilə çalışan və Android tətbiqləri işə salan smartfonun texniki özəlli..

Biz dünən xəbər vermişdik ki, İngiltərənin Emperion adlı şirkəti Android tətbiqləri işə salmağı baca..


Samsung-dan istifadəçilərə gizli mesaj: '1'

Samsung, bütün dünyadakı Galaxy smartfon istifadəçilərə 1 rəqəmini göstərən bir bildiriş göndərdi...


Yeni qatlana bilən Huawei Mate Xs barəsində məlumatlar verilib

Huawei şirkətinin yeni qatlana bilən smartfon modeli olacaq Mate Xs-in təqdimatından öncə onun əsas ..


Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Tesla şirkətinin elektromobilləri təkcə öz mühərrikləri ilə deyil həm də avtopilot sistemini özündə ..


TikTok-da güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb (VİDEO)..

Çinin TikTok sosial şəbəkəsində güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb...