main-post-cover

    Yeni büdcəli iPad modelləri nə ilə fərqlənəcəklər?

    Elm & Texnologiya
    15.05.2020
    Farid Pardashunas
        Apple şirkətinin məhsulları üzrə proqnozları ilə məşhurlaşmış analitik Ming-Chi Kuo, Apple iPad planşet seriyasının yenilənməsi ilə bağlı yeni proqnozlarını və planşetlərin texniki özəllikləri barəsində məlumat verib. O qeyd edib ki, Apple şirkəti iPhone SE 2020 strategiyası üzrə öz yolunu davam etdirərək büdcəli məhsulları təqdim edəcək. Bu barədə Phonearena saytı xəbər verib.
        Analitikin verdiyi məlumata əsasən təqdim olunacaq yeni planşet modellərini aktual modellərdən fərqləndirəcək əsas özəllik ekran ölçüsü olacaq. Belə ki, iPad seriyasının yeni modellərinin ekran ölçüləri böyüyəcək. Bura həmçinin iPad mini seriyası da daxil olacaq. Bununla yanaşı istehsalat xərclərini aşağı salmaq üçün Apple şirkəti Face ID texnologiyası yerinə barmaq izi skanı texnologiyasını büdcəli iPad modellərinin arxa panellərinə inteqrasya edə bilər.
        “Gözləntilərə əsasən Apple şirkəti 10.8 düym ekranlı iPad, 8.5 düym və 9 düym ekranlı iPad mini modellərini təqdim edəcək. Hər iki planşet modeli iPhone SE strategiyası üzrə gedəcək. Ucuz qiymət göstəricisi ilə sürətli prosessorların tətbiqi həmin planşetlərin satılmalarına yardımçı olacaqlar” - deyə analitik qeyd edib. Ming-Chi Kuo həmçinin bildirib ki, yeni iPad seriyası hələ təqdim edilməmiş Apple A14 Bionic prosessorunu və Mini LED ekran texnologiyasını əldə edəcək. Apple şirkəti büdcəli iPad modelini bu ilin ikinci yarısında təqdim etməyi planlaşdırır. Yeni iPad mini modelinin isə artıq gələn il təqdim olunacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər