main-post-cover

    Yeni Galaxy M smartfon seriyasının qiymət göstəriciləri ortaya çıxdı

    08.01.2019
    Farid Pardashunas
        Son bir neçə ay ərzində internetdə Samsung şirkətinin yeni Galaxy M seriyası barəsində daha çox məlumatlar ortaya çıxıb. İndi isə sözügedən yeni smartfon seriyasının cihazlarının qiymətləri məlum olub. Bu barədə Hiindistanın Gadgets.ndtv saytı xəbər verib. Beləliklə saytın verdiyi məlumata əsasən Galaxy M10-nun qiyməti 135$, Galaxy M20-nin qiyməti isə 215$ təşkil edəcək. Bununla belə Galaxy M30-un qiyməti barəsində heç bir məlumat verilməyib. Lakin güman olunur ki, onun qiymət göstəricisi Galaxy A seriyasının qiymət götəricisinə yaxın olacaq.
        Qeyd etmək lazımdır ki, yeni Galaxy M seriyasının hər 3 smartfonu genişformatlı Infinity-U ekran (V şəkilli çıxıntı hissə ilə) və Exynos prosessorları ilə təchiz olunacaq. Bununla yanaşı dünən ortaya çıxmış məlumata əsasən Galaxy M30 modeli həmçinin üçlü arxa kameraya və 5000 mAh enerji tutumlu batareyaya da sahib olacaq. Son məlumatlara inansaq Galaxy M10 ilə M20-nin təqdimatı bu ayın sonunda baş tutacaq. Lakin Galaxy M30-un təqdimatı gələn ayın sonunda baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər