Yeni Galaxy S10 smartfonlarının Avropadakı qiymətləri məlum oldu

Yeni Galaxy S10 smartfonlarının Avropadakı qiymətləri məlum oldu

Texnologiya
22.01.2019 PAYLAŞIM

    Samsung şirkətinin yeni Galaxy S10 seriyasının təqdimatı yaxınlaşdıca internetdə yeni smartfon seriyasının texniki göstəriciləri, render fotoları və hətta real fotoları da yayılıb. Lakin yeni smartfon seriyasının qiyməti barəsində məlumat yox idi. İndi isə bu məlumat da ortaya çıxıb. Belə ki, italiyalı jurnalistlər öz mənbələrinə istinadən yeni flaqman seriyasının qiyməti və satışa çıxma tarixləri barəsində məlumat veriblər. Bu barədə Phandroid saytı xəbər verib.

    TuttoAndroid saytının məlumatlarına əsasən yeni Galaxy S seriyasının bütün cihazları flaqman səviyyəyə aid ediləcəklər. Məlumata əsasən qeyd olunmuş qiymət göstəriciləri smartfonların satışa çıxacaqları gün üçün aktualdır. Avropa bazarı üçün isə bu gün 8 mart kimi qeyd olunub. Beləliklə aşağıda Galaxy S seriyasının hər bir modelinin qiymətləri ilə tanış ola bilərsiniz.

Bənzər xəbər


    6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 Lite – 908$

    6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 – 1056$

    8 GB RAM və 512 GB daxili yaddaşa sahib Galaxy S10 – 1340$

    6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1193$

    8 GB RAM və 512 GB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1477$

    12 GB RAM və 1 TB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1818$.

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfonlar müxtəlif rəngə sahib gövdələr ilə satışa çıxacaqlar. Galaxy S10 Lite modeli qara, ağ, sarı və yaşıl rənglərdə, Galaxy S10 modeli qara, ağ və yaşıl rənglərdə, Galaxy S10 Plus modeli isə qara, ağ, yaşıl rənglərdə və keramik materialdan hazırlanmış gövdəyə sahib iki versiyada satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni Galaxy S seriyasını 20 fevral tarixində San Fransiskoda təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×