main-post-cover

    Yeni Galaxy S10 smartfonlarının təmir olunma mümkünlükləri yoxlanılıb

    08.03.2019
    Emil Nəcəfov
        iFixit saytının mütəxəssisləri Samsung şirkətinin Galaxy S10, S10 PlusS10e smartfon modellərini əldə ediblər. Onlar sözügedən smartfonları hissələrə ayıraraq onların yığılma keyfiyyətlərini və təmir olunma mümkünlüklərini öyrənərək öz qiymətləndirmələrini təyin ediblər. Bu barədə Techradar saytı xəbər verib. Beləliklə hər 3 smartfon modelinin arxa qapağında çoxlu miqdarda kleyin istifadəsinə baxmayaraq qapaqların smartfonların gövdələrindən ayrılması heç də çətin olmayıb. Bununla yanaşı sistem platasının çıxarılması da böyük vaxt almayıb.

        Lakin bununla smartfonların hissələrə ayrılmasının asanlığı bitir. iFixit mütəxəssislərinin hesabatlarına əsasən hər üç smartfon modelində olan USB Type-C birbaşa ana plataya bərkidilib. Beləliklə onun əvəzolunması prosesi qəlizləşir. Batareyalar isə çoxlu miqdarda kley vasitəsilə smartfonların gövdələrinə bərkidilib. Bu hal da batareyaların dəyişdirilməsini qəlizləşdrir.

        Mütəxəssislər ən böyük problemi məhz ekrana inteqrasiya edilmiş ultrasəs texnologiyalı barmaq izi skanı texnologiyasını hesab edirlər. Həmin texnologiya smartfon ekranının matrisasına o qədər sıx inteqrasiya edilib ki, hətta barmaq izi skanı texnologiyasının yerləşdiyi ekran şüşəsi hissəsinin kiçik zədələnməsi halında da ekranı tamamilə dəyişmək lazım gələcək.

        Galaxy S10e modelində barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsində yerləşir. Buna baxmayaraq onun təmiri də ekranın zədələnməsi riskini artırır. Beləliklə nəticə etibarilə hər üç smartfonun hissələrə ayrılması və onların təmir olunma mümkünlükləri iFixit mütəxəssisləri tərəfindən 10 xaldan 3-nə layiq görülüb. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S9 modeli 4 xala layiq görülmüşdü.

    Linki kopyala