main-post-cover

    Yeni Huawei Mate 20 flaqman seriyasının qiymətləri sızdırıldı

    05.10.2018
    Farid Pardashunas
        İki həftədən sonra yəni, 16 Oktyabr tarixində Londonda yeni Huawei Mate 20 flaqman seriyasının təqdimatı baş tutacaq. Yeni flaqman seriyasının fotoları və texniki göstəriciləri artıq əvvəlki məlumat sızıntılarında ortaya çıxmışdı. İndi isə internetdə yeni smartfonların qiymətləri barəsində məlumatlar ortaya çıxıb. Yeni smartfon modellərinin qiymət göstəricilərinin əks olunduğu foto Slashleaks saytı tərəfindən paylaşılıb. Beləliklə fotodan da görmək olar ki, 128 GB daxili yaddaşa sahib olacaq Huawei Mate 20 Pro modeli 1010$, həmin yaddaş həcminə sahib olacaq Mate 20 modeli isə 810$ qiymətinə satılacaq.

        Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Mate 10 modeli həmin qiymətə satılırdı. Lakin Mate 10 Pro-nun qiyməti bir qədər ucuz idi. Qeyd etmək lazımdır ki, məlumata əsasən hər iki smartfon modeli 6.3 inç QHD+ keyfiyyətli AMOLED ekrana sahib olacaq. Bundan əlavə olaraq smartfonlar 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış 8 nüvəli Kirin 980 prosessoru, 6/8 GB RAM və 128/256 GB daxili yaddaş ilə təchiz olunacaqlar. Yeni Mate 20 seriyası EMUI 9.0 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər