
Yeni internet standartı gecikmələri azaldacaq və internet sürətini yüksəldəcək
Elm & Texnologiya
13.12.2023
Emil
Yaxın zamanda istifadəçilər internetin daha sürətli olduğunu müşahidə edə bilərlər. Bunun üçün hətta onların öz təchizatlarını yeniləmələrinə də ehtiyac yoxdur. İnternetin sürətinin artmasına Low Latency, Low Loss, Scalable Throughput (L4S) adlı yeni internet standartı yardımçı olacaq. Bu yeni internet standartı məlumatların ötürülməsində olan gecikmələrin azaldılmasına hədəflənib. Hətta Gbit-lik internetə sahib olan istifadəçilər zaman-zaman saytların ləng şəkildə yüklənməsi, videoların gec açılması, videozənglərin kəsilməsi və ilişməsi kimi problemlərlə qarşılaşırlar.

Bütün bu problemlərin əsas səbəbi məhz gecikmələrdir. Söhbət, cihazın məlumatları serverə ötürüb və daha sonra onları geri əldə etməsində baş verən gecikmələrdən gedir. Buna isə istifadəçinin internet sürəti heç cür təsir göstərmir. L4S adlı yeni internet standartı məhz yüksək gecikmələr probleminin aradan qaldırılmasına hədəflənib. Sözügedən internet standartının hazırlanmasında Apple, NVIDIA, Google, Valve, Nokia və Ericsson kimi nəhəng şirkətlər iştirak ediblər. Bu yeni internet standartının əsasında aşağı gecikmələr və itkilər, o cümlədən miqyaslanan ötürülmə sürəti dayanırlar.
Şəbəkənin yükləndiyini təyin edən zaman L4S standartı göndərilən şəbəkə paketlərinin saylarını azaldır. Adətən cihaz həddən artıq məlumat göndərdiyini anlaya bilir. Bu zaman proses daha ləng səviyyəyə düşür. L4S-in əsas məqsədi problemin yaranması ilə cihazın bu problemin yaranmasından xəbər tutması arasındakı gecikməni aradan qaldırmaqdır. Şirkətlər bu yeni internet standartının öz proqram təminatlarına inteqrasiya etməyə artıq başlayıblar.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
