
Yeni iPad planşetlərinin nə zaman təqdim olunacaqları açıqlanıb
Elm & Texnologiya
23.10.2023
Emil
Son günlərdə Apple şirkətinin ilin sonuna kimi yeni iPad planşetlərini təqdim edəcəyi məlumatları ortaya çıxır. Bloomberg saytının məşhur insayderi Mark Gurman isə bu mövzuda tamamilə fərqli fikirə sahibdir. Onun sözlərinə əsasən bu il ərzində yeni iPad planşetlərini gözləməyə ehtiyac yoxdur. İnsayder bildirib ki, Apple yeni iPad modellərini gələn il təqdim edəcək.
Məlumata əsasən yeni iPad modelləri təqribi olaraq mart ayında təqdim olunacaq. Gələn ilin yaz fəslində şirkət iPad 11-i, iPad mini 7-ni və iPad Air 6-nı təqdim etməlidir. Sözügedən iPad modelləri ilə birgə yeni iPad Pro modellərinin təqdim olunacaqları istisna edilmir. Mark Gurman-ın fikrincə Apple yaxın aylar ərzində birinci nəsil Apple Pencil stilusu ilə iPad 9-un istehsalını dayandıracaq. Belə ki, Lightning girişinə sahib iPad modelləri daha satışa çıxmayacaqlar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
