
Yeni iPhone'dan nə gözləmək olar?
Elm & Texnologiya
23.04.2018
Emil
Keçən il 6 nüvəli A11 Bionic prosessorları ilə satışa çıxmış
iPhone modelləri texniki tərəfdən yüksək göstəricilər sərgiləyərək öz rəqiblərini
geridə qoydular. Lakin həmin texniki performansı bu il də gözləmək olarmı? Bu
suala cavabı isə Apple şirkətinin əsas çip istehsalçısı olan TSMC-nin məlumatlarında
aşkar etmək olar. Bu barədə Ubergizmo saytı xəbər verib. Məlumata əsasən TSMC
bu il 7 nanometrlik prosessorlara keçid etməyi planlaşdırır.

Şirkətin rəsmi bəyanatında
deyilir ki, bu üsulla cihaz daxilindəki komponentlərin yerləşmə sıxlığını 1.6 dəfə
artırmaq olar. Beləliklə də smartfonun performansı 20% yüksələcək, enerji sərfiyyəti
isə 40% aşağı düşəcək. Çox güman ki, A12 prosessorunda məhz bu cür özəlliklər
reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, bu məlumat sadəcə olaraq TSMC şirkətinin
bəyanatları əsasında formalaşdırılıb və sadəcə ehtimal kimi qəbul oluna bilər.
Belə ki, yeni iPhone modelinin özəllikləri tamamilə fərqli ola bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
