Yeni iPhone'ların zərbəyə və suya dözümlülük testləri keçirilib (VİDEO)

Yeni iPhone'ların zərbəyə və suya dözümlülük testləri keçirilib (VİDEO)

Texnologiya
22.09.2018 PAYLAŞIM

    iPhone Xs-in hissələrə ayrılmasından sonra internetdə yavaş-yavaş yeni iPhone modellərinin dözümlülük testləri barəsində videolar ortaya çıxmağa başlayır. Belə ki, TechSmartt adlı YouTube kanalının müəllifləri iPhone Xs ilə iPhone Xs Max modellərinin suya və zərbəyə dözümlülüklərini yoxlayıblar. Ən böyük marağı məhz Xs Max modeli yaradır. Belə ki, Xs modeli keçən ilki iPhone X-dən çox da fərqlənmir. Daha böyük ölçülü smartfonlar isə çox zaman daha kövrək olurlar. Yeni iPhone modellərinin təqdimatı zamanı şirkət bildirmişdi ki, yeni smartfonlarda mobil cihazlar arasında ən dözümlü qoruyucu şüşədən istifadə olunur.


Bənzər xəbər


    Çox güman ki, şirkət həqiqətən də daha dözümlü materialdan istifadə edir. Belə ki, keçən ilki iPhone X modelinin ekranı yalnız istifadəçinin başının hündürlüyündən yerə düşəndən sonra çatlamışdı. Yeni iPhone modelləri isə həmin hündürlükdən yerə düşüşdən sonra salamat qalıblar. iPhone X 3 metr hündürlükdən düşüşdən sonra onun arxa və ön şüşələri tamamilə parçalanır. iPhone Xs həmin hündürlükdən düşüşdən sonra heç bir zədə görməyib. Lakin Xs Max-ın bəxti az gətirib. Belə ki, həmin hündürlükdən düşüşdən sonra onun ekranı tamamilə parçalanıb.


    Yeni iPhone modellərinin daha bir fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar daha yaxşı suya dözümlüdürlər. Belə ki, yeni iPhone-lar IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdirlər. Apple şirkətinin saytında qeyd olunub ki, yeni iPhone-lar 2 metr dərinlikdə 30 dəqiqə ərzində qala bilirlər. Test üçün iPhone Xs Max modelini 30 dəqiqəliyinə 10 metr su dərinliyinə endiriblər. Nəticədə smartfon yararsız hala düşüb. Çox güman ki, smartfon sadəcə olaraq təzyiqə dözməyib. Digər bir testdə isə smartfonu su ilə dolu qaba endiriblər. Həmin testdən sonra smartfon normal şəkildə çalışmağa başlayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×