Yeni iPhone modelinin dizaynı sızdırılıb

Yeni iPhone modelinin dizaynı sızdırılıb

Texnologiya
29.03.2019 PAYLAŞIM

    Yeni iPhone seriyasının təqdimatına hələ yarım il vaxt var. Lakin artıq indidən yeni iPhone modelləri barəsində məlumatlar yavaş-yavaş internetdə ortaya çıxmağa başlayıb. iPhone XI modelinin ilk render fotolarından sonra internetdə yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Ehtimal ki, smartfon gövdəsinin təqdim olunmuş sxematik fotoları zavoddakı istehsalat xəttinin əməkdaşları üçün nəzərdə tutulub. Belə ki, fotolardan da görmək olar ki, onlar iş çertyojları üçün nəzərdə tutulmuş xüsusi qeydə sahibdirlər.


Bənzər xəbər


    Fotolardakı cihazın dizayn konturları artıq satışda olan iPhone XS modelinin dizayn konturlarını xatırladır. Lakin təqdim olunmuş fotolarda əks olunmuş cihazın kamera hissəsi hal hazırda satışda olan son iPhone modellərinin kamera hissələrindən fərqlənir. Sxem fotolardan belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni iPhone modellərindən biri üç arxa kameraya sahib olacaq və kamera modulları asimmetrik şəkildə yerləşəcəklər.


    Qeyd etmək lazımdır ki, OnLeaks ləqəbi ilə tanınan məşhur insayder də bildirmişdi ki, bu il təqdim olunacaq iPhone modeli üç arxa kameraya sahib olacaq. Sxem fotolarda hansı iPhone modelinin əks olunması barəsində mütəxəssislər fərqli fikirlərə sahibdirlər. Bu, iPhone XR-in davamçısı və ya iPhone XI flaqman modeli ola bilər. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq yeni iPhone modellərinin texniki özəllikləri barəsində məlumatlar hələki yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×