Yeni iPhone modelləri Geekbench bençmark testlərindən keçdilər

Yeni iPhone modelləri Geekbench bençmark testlərindən keçdilər

Texnologiya
14.09.2018 PAYLAŞIM

    Apple şirkətinin yeni iPhone modellərinin təqdimatından sonra məşhur Geekbench bençmark saytında həmin iPhone modellərinin test nəticələri təqdim olundu. Qeyd etmək lazımdır ki, hər üç iPhone modeli (Xs, Xs MaxXr) 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış A12 Bionic prosessoru ilə təchiz olunub. Bençmark test nəticələrindən belə qənaətə gəlmək olar ki, yeni iPhone modellərinin performans göstəricilıəri keçən ilki iPhone X-in göstəricilərindən cüzi yüksəliş sərgiləyib.


Bənzər xəbər


    A12 Bionic-də 6 nüvəli mərkəzi prosessor, 4 nüvəli qrafik sürətləndirici və 8 nüvəli neyron hesablayıcı blokdan istifadə olunur. Apple şirkətinin məlumatına əsasən CPU-nun performans göstəricisi enerji sərfiyyatının 50% aşağı salınması ilə 15% yüksəlib. GPU isə 50% daha sürətli olub. iPhone Xs ilə eyni texniki göstəricilərə sahib olan iPhone Xs Max modeli birnüvəli testdə 4813 xal, çoxnüvəli testdə isə 10266 xal toplayıb. iPhone Xr modeli isə birnüvəli testdə 4754 xal, çoxnüvəli testdə isə 9367 xal toplayıb.


    Müqayisə üçün qeyd etmək lazımdır ki, A11 Bionic əsasında çalışan keçən ilki iPhone X birnüvəli testdə 4300 xal, çoxnüvəli testdə isə 10500 xal toplayır. Nəticə etibarilə demək olar ki, yeni iPhone modellərinin performans göstəriciləri dəyişilməz olaraq qalıb. Lakin bu vəziyyətdə də yeni iPhone modelləri bütün Android smartfonları geridə qoymağı bacarır. Bundan əlavə olaraq bençmark testlərindən məlum olub ki, iPhone Xs ilə iPhone Xs Max modellərinin hər biri 4 GB RAM, iPhone Xr isə 3 GB RAM ilə təchiz olunub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..


Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. Aeson adlı k..


“One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və istismarı sahəsin..

2014-cü ildən bəri fəaliyyət göstərən “One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və..


Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal et..

Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində..


Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb ..

Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu real..

×