Yeni iPhone modelləri nazik və elastiki OLED ekranlarla təchiz olunacaqlar

Yeni iPhone modelləri nazik və elastiki OLED ekranlarla təchiz olunacaqlar

Texnologiya
28.11.2019 PAYLAŞIM

    Hal hazırda aktual olan iPhone modellərindən ikisi OLED ekranlar, biri isə maye kristallik ekranlarla təchiz olunur. Yaxın zamanda isə bu vəziyyət dəyişə bilər. Belə ki, insayderlərin verdikləri məlumatlara əsasən növbəti iPhone modelləri klassik ekran matrisasından məhrum olacaqlar. Yeni məlumata əsasən Apple şirkəti gələn ilki iPhone modellərini daha nazik və elastiki ekranlara keçirdəcək. Bu barədə Gizchina saytı xəbər verib. Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələn il Apple şirkəti 3 iPhone modeli təqdim edəcək.

    Birinci model 5.4 düym ekran, ikinci model 6.1 düym ekran, üçüncü model isə 6.7 düym ekran ilə təchiz olunacaq. Bununla belə smartfon seriyasının daxilindəki OLED ekranlar bir-birilərindən fərqlənəcəklər. Belə ki, 5.4 düym və 6.7 düym ekranlı iPhone modelləri Y-OCTA texnologiyası ilə hazırlanmış Samsung ekranları ilə təchiz olunacaqlar. Bu texnologiya vasitəsilə isə sensorlu lay birbaşa ekrana inteqrasiya edilir.

    Bu üsul ilə smartfon qalınlığını azaltmaq və daha böyük həcmli batareya üçün əlavə yer saxlamaq olar. 6.1 düym ekranlı iPhone modeli də OLED ekran əldə edəcək. Lakin həmin modelin ekranı standart OLED ekran olacaq. Gözləntilərə əsasən gələn ilki iPhone modelləri Qualcomm şirkətinin 5G çipləri ilə təchiz olunacaqlar. Apple şirkətinin Intel-in mobil 5G biznesini almasına baxmayaraq şirkətin öz 5G çiplərini hazırlamasına bir xeyli vaxt lazım olacaq. Buna görə də gələn il məcbur şəkildə Qualcomm texnologiyasından istifadə etmək lazım gələcək. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..