Yeni KEYone Black Edition satışa çıxacaq

Yeni KEYone Black Edition satışa çıxacaq

Texnologiya
08.09.2017 PAYLAŞIM

BlackBerry KEYone Black Edition, dizaynına edilən kiçik toxunuşlar və daha güclü təchizatıyla qarşımıza çıxacaq.TCL sayəsində yoluna davam edən BlackBerry, KEYone smartfonunun yenilənmiş bir versiyasını ötən həftəki IFA 2017 tədbirində təqdim etdi. BlackBerry KEYone Black Edition adlı model yenilənən dizaynı və daha güclü təchizatıyla diqqət çəkməyi bacarır.

BlackBerry KEYone Black Edition, 2017-ci ilin əvvəllərində MWC 2017 fəaliyyətində təqdim edilən BlackBerry KEYone modelindən fərqli olaraq tamamilə qara kassa, 4 GB RAM 64 GB daxili yaddaş sahəsiylə fərqlilik göstərir.


Anodlaşdırılmış alüminium gövdə və çərçivədə bu səfər metal yerinə qara rəngdən istifadə edilib. Əvvəlki modeldə 3 GB RAM varkən, Black Edition 4 GB LPPDR3 DRAM ilə təqdim edilir. 32 GB yaddaş sahəsi 64 GB eMMC yaddaş sahəsinə yüksəldilib.Bu yeniliklər xaricində BlackBerry KEYone ilə BlackBerry KEYone Black Edition eyni təchizatlara sahibdir. Gorilla Glass 4 ilə qorunan 4.5 inç LCD ekran, Qualcomm Snapdragon 625 prosessor, Qualcomm X9 LTE modem, Fast Charging 3.0 dəstəkli 3505 mAh batareya, Android 7.1, 12 megapiksel (MP) arxa ilə 8 MP ön kamera digər təchizat xüsusiyyətləri arasında iştirak edir.

BlackBerry KEYone Black Edition, Sentyabr ayı içərisində ilk olaraq müəyyən bazarlarda 799 dollarlıq qiymət etiketiylə satışa təqdim ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×