Yeni MediaTek Dimensity 9200 flaqman prosessoru təqdim edilib

Yeni MediaTek Dimensity 9200 flaqman prosessoru təqdim edilib

Texnologiya
08.11.2022 PAYLAŞIM

    MediaTek şirkəti Dimensity 9200 adlı yeni flaqman prosessorunu təqdim edib. Təqdim edilmiş yeni prosessor Wi-Fi 7, LPDDR5X standartlarının və hardware səviyyəsində ray tracing texnologiyasının dəstəklərini əldə edib. Dimensity 9000-dən fərqli olaraq isə yeni prosessor performans ilə enerji effektivliyi baxımından nəzərə çarpacaq göstəricilər sərgiləyir. Dimensity 9200 prosessoru bazarda ARMv9 Gen 2 arxitekturası əsasında hazırlanmış ilk mobil prosessordur. Sözügedən prosessor özündə 3.05 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 super nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı Cortex-A715 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir.


    Dimensity 9000-dən fərqli olaraq Dimensity 9200 modeli 25% daha aşağı enerji sərfiyyatı ilə 10%-12% daha yüksək performans sərgiləyir. Prosessorun qrafik özəlliklərindən ray tracing texnologiyasının dəstəyinə sahib ARM Immortalis-G715 qrafik çipi cavabdehdir. Bu GPU Dimensity 9000-də istifadə edilən GPU-dan 32% daha sürətlidir və ondan 41% daha az enerji sərf edir. Dimensity 9200-ün əsas özəlliklərindən biri də odur ki, o, Wi-Fi 7 standartını dəstəkləyir. Bunun hesabına prosessor məlumatların saniyədə 6.5 Gbit sürətlə ötürülməsini təmin edir.

    Yeni prosessor həmçinin UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyir. Dimensity 9200-ün tərkibinə həmçinin Imagiq 890 adlı yeni siqnal prosessoru daxildir və o, RGBW kamera sensorlarının dəstəklənməsinə imkan verir. Machine learning tapşırıqlarının yerinə yetirilməsi zamanı prosessorun gücü 98% yüksəlib, enerji sərfyyatı isə 15% aşağı düşüb. Məlumatda qeyd edilib ki, yeni prosessor 240 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+, 144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+60 Hz-lik təsvir yenilənməsinə sahib 5K ekranların dəstəyinə sahibdir. Dimensity 9200 prosessoruna sahib ilk smartfonlar bu ilin sonuna kimi təqdim olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×