
Fast Company şirkətinin analitikləri Apple şirkətinin yeni nəsil Apple Watch smart saatları üzrə planlarını aşkar ediblər. İlk öncə yeni nəsil Apple Watch-da daha böyüdülmüş ekran olacaq. Böyük ekran sayəsində istifadəçi hər hansı kontentə daha rahat baxa biləcək və tətbiqlərlə daha rahat şəkildə qarşılıqlı əlaqədə ola biləcək. Bundan əlavə olaraq saatda mexaniki düymələr sensorlu düymələr ilə əvəz olunacaq. Bu, istifadəçinin toxunuşuna reaksiya verəcək həssas zonalar olacaq.
Bu cür mexanizm (Taptic Engine) iPhone X smartfonunda da istifadə
olunur və cihaz üzərində yerə qənaət etməkdə üstünlük qazandırır. Bundan əlavə
olaraq Fast Company şirkətinin analitiklərinin fikrincə yeni nəsil Apple Watch smart
saatları yeni ötürücülər vasitəsilə daha da təkmilləşdirilmiş tibbi cihazlar
olacaqlar. Bu halda smart saatın nələrə qadir olacağı barəsində isə hələki heç
bir məlumat yoxdur. Güman etmək olar ki, ekran ölçüsünün böyüdülməsi və
sensorlu düymələrin tətbiq olunması hesabına yeni nəsil Apple Watch-un batareya
həcmini böyütmək mümkün olacaq. Yeni nəsil Apple Watch-un Sentyabr-dakı tədbirdə təqdim
olunacağı güman edilir.
Şərh yoxdur