Yeni Nokia 5 (2018)-in məlumatları sızdırıldı

TEXNOLOGİYA


30.11.2017 0 PAYLAŞIM 1083 OXUNMA


Görünür, “HMD Global” şirkətinin “Make Nokia Great Again” proqramı tam plan üzrə gedir.

Belə ki, istifadəçilər artıq yenidən bazara gəlmiş məşhur brendin yeni model smartfonlarının gücünü qiymətləndirib və onların ədalətli qiymətlərini xüsusi seviblər. Hələki anons olunmamış Nokia 9 gələn ilin ən çox gözlənilən smartfonlarından biridir. Bizdə isə Nokia 5 (2018) modeli haqqında məlumatar var. Yeni modelin necə adlanacağı məlum olmasa da, GFXBench saytında smartfonun texniki özəllikləri peyda olub.

Beləliklə Nokia 5 (2018) 5.2 inç Full HD ekran, 2.2 GHz tezlikli 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Bununla yanaşı yenilənmiş versiya 16 MP-lik arxa kameraya sahib olacaq. Lakin ön kmaeraya gəldikdə isə o əksinə artmaq əvəzinə azalıb. Belə ki, indiki modeldə ön kamera 8 MP-dirsə, yeni modeldə ön kamera 5 MP olacaq. Məlumatda əməliyyat sistemi kimi Android 7.1.1 göstərilsə də, çox güman ki, satışa o, Android Oreo əməliyyat sistemi ilə çıxacaq.