main-post-cover

    Yeni Nokia modellərinin təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    22.01.2018
    Farid Pardashunas
    Nokia brendi ilə smartfon istehsal edən “HMD Global” şirkəti 25 Fevral tarixində MWC 2018 tədbiri çərçivəsində keçiriləcək təqdimata dəvətnamələr göndrəib.
    Nokia anonslarının olacağı 25 Fevraldakı tədbir Barselonanın Müasir İncəsənət muzeyində keçiriləcək. Şirkət tədbir çərçivəsində hansı Nokia smartfonlarının təqdim olunacağı barədə məlumat verməyib. Çox güman ki, həmin tədbirdə çoxdan gözlənilən Nokia 9 modeli təqdim olunacaq. Bu model haqqında əvvəlcədən sızdırılmış məlumatlar əsasında onun barəsində bəzi təsəvvürlər mövcuddur.

    Beləliklə smartfon çox güman ki, 5.5 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrarfik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş və 13 MP-lik ikili arxa Carl Zeiss kamera ilə təchiz olunacaq. Smartfonun Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir.Bundan əlavə olaraq sözügedən tədbirdə Nokia 3310-nun yenilənmiş versiyasının təqdimatı da gözlənilir. Yeni versiyanın 4G şəbəkə və Android-in daha sadələşdirilmiş versiyası olan YunOS əməliyyat sistemini dəstəkləyəcəyi güman olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər