
Yeni Pixelbook modeli Google reklamlarında əks olundu (VİDEO)
Elm & Texnologiya
11.09.2018
Emil
Pixel 3 XL smartfon modellərinin bir çox sızıntı məlumatlarından
sonra görünür, Google şirkəti artıq gizliliyə o qədər də önəm vermir. Belə ki,
şirkət öz reklam kampaniyalarında yeni Pixelbook chromebookunun fotolarından
istifadə etməyə başlayıb. Yeni Pixelbook modelinin fotosu chromebookların
reklamlarında aşkar edilib. Google şirkətinin reklam bannerlərində yeni modelin
adı tam olaraq qeyd olunmayıb.

Lakin istifadəçilər fikir veriblər ki, yeni
Pixelbook modeli keçən ilki modeldən fərqli olaraq daha nazik çərçivələrə
sahibdir. Bundan əlavə olaraq cihazın həmçinin Facebook-da reklam fotoları da
yayılıb. Görünür, Pixelbook 2 keçən ilki versiya kimi ikirəngli dizayna sahib
olacaq. Yeni modelin əsas üstünlüyü isə 4K UHD formatlı çərçivəsiz ekran
olacaq. Yayılmış qısa videoda isə sensorlu ekrana sahib Pixelbook modeli əks
olunub. Çox güman ki, bu, Nocturne kod adına sahib modeldir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
